Icma.az
close
up
RU
HHMlərin “qurbanı olan” sərnişin təyyarələri Siyahı

HHMlərin “qurbanı olan” sərnişin təyyarələri Siyahı

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Məlum olduğu kimi, dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin quyruq hissəsində dəliklər aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, təyyarənin quyruq hissəsindəki dəliklərin səbəbi barədə rəsmi açıqlama verilməyib.
Mediada və sosial şəbəkələrdə təyyarənin quyruq hissəsindəki dəliklər ilə bağlı fərqli iddialar səsləndirilir. Rusiya Baş Qərargahının keçmiş zabiti Mixail Zvinçuk deyib ki, bu cür dəliklərə hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən atılan zenit raketlər səbəb ola bilər.
Məlumat üçün bildirək ki, daha əvvəl hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan çoxsaylı sərnişin təyyarələri olub.
Xatırladaq ki, indiki Rusiya ərazisində – keçmiş SSRİ-də hərbçilər tərəfindən  sərnişin təyyarələrinin səhvən vurulması halları bir neçə dəfə olub. Birincisi 1959-cu ildə Stalinqrad hava limanında (indiki Volqoqrad) “İl-14” təyyarəsi enərkən qeydə alınıb. Fəlakətin səbəbləri ilə bağlı yekun nəticə heç vaxt verilməsə də, təyyarənin gövdəsində və insanların cəsədlərində qəlpələrin izləri açıq şəkildə müşahidə olunub.
Oxşar vəziyyət 1962-ci ildə də baş verib. “Tu-104A” təyyarəsi Xabarovskdan Moskvaya uçan zaman Krasnoyarsk diyarında qəzaya uğrayıb. Araşdırma zamanı məlum olub ki, gövdədə partlayış izləri var, təyyarə qəzaya uğramazdan əvvəl sərnişinlər yaralanıb və yanıblar. Dünyanın ilk reaktiv sərnişin təyyarələrindən biri olan “Tu-104A”nın Krasnoyarsk yaxınlığında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu məlum olub. 
Belə ki, Maqansk bölgəsindəki hərbi hissə zenit-raket komplekslərinin təlim atışlarını keçirib. Onlardan biri hədəfini itirərək sərnişin təyyarəsinə dəyib, nəticədə 84 nəfər həlak olub.
1978-ci ildə Kareliya səmasında baş verən hadisə nisbətən xoşbəxt sonluqla başa çatıb. Koreya Hava Yollarına məxsus “Boeing-707” təyyarəsi Paris-Seul marşrutu ilə uçan zaman nasazlığı və ya pilot xətası səbəbindən marşrutdan kənara çıxıb. Daha sonra “Boeing” ekipajı SSRİ-ni qırıcı təyyarələrinin əmrlərinə cavab verməyiblər. Bundan sonra qırıcı təyyarələrdən raket atılıb. Raket təyyarənin yaxınlığında partlayıb. Ciddi zədə alan təyyarə Louxi şəhəri yaxınlığındakı gölün buzla örülümüş səthinə enib. Qəza zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
1983-cü ildə Koreya aviaşirkətinin başqa bir təyyarəsinin SSRİ sərhədini keçməsi daha acınacaqlı sonluqla başa çatıb. “Boeing 747” təyyarəsi Nyu-York-Seul marşrutu ilə uçan zaman Kamçatka üzərində SSRİ-nin “Su-15” hərbi təyyarəsi tərəfindən vurulub.
Onu da bildirək ki, mülki təyyarələrin hərbçilər tərəfindən vurulması yalnız SSRİ-də olmayıb. Digər ölkələrin ərazisində də bu cür hadisələr qeydə alınıb.
1980-ci ildə Bolonyadan Palermoya uçan İtaliyanın “DC-9” təyyarəsi Tiren dənizindəki Ustica adasında qəzaya uğrayıb və 81 nəfər ölüb. Tam olaraq nə baş verdiyi uzun müddət sirr olaraq qalıb. Bu illər ərzində üç araşdırma aparılıb və yalnız 2008-ci ildə İtaliyanın keçmiş prezidenti və Nazirlər Şurasının sədri Françesko Kosiqa təyyarənin fransız qırıcısı tərəfindən vurulduğunu bəyan edib. Bu versiya 2023-cü ildə İtaliyanın keçmiş baş naziri Giuliano Amato tərəfindən də təsdiqlənib. 
1988-ci ildə ABŞ-nin “Vinsenness” raket kreyserində yerləşən hava hücumundan müdafiə qüvvələri İran aviaşirkətinə məxsus Tehran-Bəndər Abbas-Dubay marşrutu ilə uçan təyyarəni Fars körfəzi üzərində vurublar. Təyyarənin vurulması nəticəsində 290 nəfər həlak olub.
1973-cü ildə Liviya Hava Yollarına məxsus “Boeing 727” təyyarəsi İsrail Hərbi Hava Qüvvələri tərəfindən Sinay yarımadası üzərində vurulub və 108 nəfər həlak olub.
Digər insident isə 2020-ci ilin əvvəlində Tehran hava limanı yaxınlığında baş verib. İran Hərbi Hava Qüvvələrinin hərbi bazasından Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsinə raket atılıb və 176 nəfər həlak olub.
Əvvəlcə İran rəsmiləri bu fəlakətdə iştiraklarını inkar etsələr də, üç gün sonra öz səhvlərini etiraf ediblər. İran hakimiyyəti raketi atan hərbçiləri uzun müddətə azadlıqdan məhrum edib.
Təl-Əvivdən Novosibirskə uçan Sibir Hava Yollarına məxsus “Tu-154” təyyarəsi 2001-ci ildə Qara dəniz suları üzərində səhv hava hücumundan müdafiə əməliyyatının qurbanı olub. Həmin vaxt Krım ərazisində Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanması ilə birlikdə Ukrayna hərbçilərinin hava hücumundan müdafiə təlimləri keçirilib. Lakin Ukrayna raketi 26-28 km məsafədə yerləşən “Tu-143” hədəfinə deyil, 260 km məsafədə yerləşən “Tu-154” sərnişin təyyarəsinə yönəldilib.
2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində Buk hava hücumundan müdafiə raketi ilə vurulub. Bundan sonra Ukrayna və bir sıra Qərb ölkələri hadisəyə görə Rusiyanı günahlandırıb. İddia edilib ki, sərnişin təyyarəsi Rusiyanın nəzarətində olan seperatçılar tərəfindən vurulub.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri