Icma.az
close
up
RU
Hibrid təhdidlərə qarşı mübarizə və əsaslı dəyişiklik üçün belə layihələr vacibdir FOTOLAR

Hibrid təhdidlərə qarşı mübarizə və əsaslı dəyişiklik üçün belə layihələr vacibdir FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hibrid təhdidlərə qarşı mübarizə və əsaslı dəyişiklik üçün belə layihələr vacibdir".

Bu fikir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə  “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş”  layihəsi çərçivəsində Qax şəhərində  keçirilən “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa”-da  dönə-dönə vurğulandı.

"Cebheinfo.az" xəbər verir ki, Rayon mərkəzi kitabxananın oxu zalında toplaşan iştirakçılar öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edirlər. Sonra layihə rəhbəri  layihənin məqsəd və məramı  ilə iştirakçıları  tanış edilir.  Bildirir ki, layihənin məqsədi  ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə müxtəlif vasitələrə əl atanların iç üzünü və çirkin məqsədlərini böyüyən nəslə və gənclərə tanıtmaq, onların vətənpərvəlik hisslərini artırmaq, milli-mənəvi və ailə dəyərlərimizlə uzlaşmayan yad dəyərlərin cəmiyyətimizə  yol açmaması üçün onları ayıq-sayıq olmağa təşviq etməkdir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək demişdir:- Son illərdə qlobal səviyyəli dezinfor­masiyalar intensiv şəkildə paylaşılır və ayrı-ayrı ölkələri deyil, bütövlük­də, dünyanı fəlakətə sürükləyir. Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir. 2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər dezinformasiya axınına məruz qalır. Problem 2020-ci ildə–44 günlük müharibə dövründə daha qabarıq şəkildə üzə çıxıb.

Bu cür maarifləndirici tədbirlərin təşkil olunması Azərbaycanda internet istifadəçilərinin savadlılığının inkişaf etdirilməsini stimullaşdırır, nəticədə ölkəmizə qarşı yönəlmiş dezinformasiyaların ifşa edilməsinə şərait yaradır.

“Dəyirmi masa” iştirakçılarından Xavər Əfəndiyeva, Aytən Məhyəddinova, Reyhan Xəlilova , Solmaz Əfəndiyeva, Nana Tartaraşvili və başqaları Vətən torpaqlarını işğaldan azad edən  müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, Rəşadətli Azərbaycan əsgər və zabitlərinin addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmələrindən, torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilməsindən fəxrlə danışmışlar.  Onlar qeyd etdilər ki, heç bir xarici müdaxilə sakitliyimizi poza, qələbəmizə isə xələl gətirə bilməz. Bu günün Azərbaycan gəncliyi hərb meydanında qalib gəldiyi kimi, informasiya məkanındakı hibrid müharibəsinə də qalib gəlmək əzmindədir.

İştirakçılar müzakirələrdə fəal iştirak edərək ekspertlərə müxtəlif suallar ünvanlamışlar.  Müzakirələr çay süfrəsi arxasında davam etmişdir.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri