Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Hıçqırıq necə yaranır?

Hıçqırıq necə yaranır?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Hıçqırıq - diafraqma əzələsinin ani, qeyri -ixtiyari yığılmasıdır. Diafraqma əzələsinin spazmları zamanı səs telləri bağlanaraq hıçqırıq səsi çıxarır.

Hıçqırıqların ümumi səbəbləri bunlardır:

- çox tez sürətlə yemək,

- çox yemək və ya içməklə bərabər havanı udmaq,

- diafraqmanı idarə edən sinirləri qıcıqlandıran xəstəliklər,

- qarın boşluğu əməliyyatıları,

- beyin iflici,

- beyin şişləri,

- zərərli tüstü ilə nəfəs almaq

- müəyyən dərmanların qəbulu.

Diafraqmanı idarə edən sinirləri qıcıqlandıran hər hansı bir xəstəlik (qaraciyər xəstəliyi, sətəlcəm və ya digər ağciyər xəstəlikləri) hıçqırıq verə bilər.

Qarın cərrahiyyəsi də diafraqmanı idarə edən sinirləri qıcıqlandıraraq hıçqırıqlara səbəb yarada bilər.

Beyin toxumasını əhatə edən zədələr və ya beyin şişləri və bəzi xroniki somatik xəstəliklərin (məsələn, böyrək çatışmazlığı) hıçqırıqlara səbəb olduğu bildirilir.

Bunlardan başqa ani temperatur dəyişiklikləri, qorxu və ya həyəcan da hıçqırıq yaradır. Dərmanlardan Diazepam (Valium), alprazolam (Xanax) və lorazepam (Ativan) daxil olmaqla əksər benzodiazepinlər, Levodopa, nikotin və ondansetron (Zofran) hıçqırığa səbəb ola bilər.

Hıçqırıqların əksəriyyətini qısa müddətdə müalicə etmək və ya həll etmək olar, nadir hallarda isə təcili tibbi yardım gərəkə bilər.

Hıçqırıqlar üç saatdan çox davam edərsə,  ya yemək və ya yuxu vərdişlərinizi pozarsa, həkimə müraciət etmək lazımdır.

Ev müalicələri və ya hıçqırıqlardan qurtulmağın yolları bunlardır:

- Nəfəsinizi tutaraq tez bir stəkan su içmək

- Dili sərt şəkildə çəkmək

- Limon dişləmək

- Su ilə qarqara

- Qoxulu duzları qoxulamaq.

Qadınlar və kişilər eyni nisbətdə  hıçqırıqlara meyllidirlər, lakin 48 saatdan çox davam edən hıçqırıqlar kişilərdə daha çox görülür. Hıçqırıqlar hələ uşaqlıqda olarkən fetusda ( döldə) da meydana gələ bilər.

Körpələrdə hıçqırığı necə dayandırmaq olar?

Yetkinlərdə olduğu kimi yenidoğulmuşlarda, körpələrdə hıçqırıqlar tez -tez baş verir və ümumiyyətlə,  heç bir narahatlıq yaratmır. Qidalanma zamanı hıçqırıqlar baş verərsə, onun keçməsinə qədər qidalanmanı dayandırmaq lazımdır.  Adətən, körpələrdə hıçqırıq  tez keçir.  Körpənin mövqeyini dəyişdirməyə cəhd edə bilərsiniz; Bəbənizi yırğalamağa çalışın və ya hıçqırığın dayanması üçün üçün sakitləşdirin. Bəzən qidalanmaya yenidən başlamaq hıçqırıqları dayandıra bilir.

Körpənizin hıçqırıqları artarsa və ya onu o narahat edərsə, pediatrınızla əlaqə saxlayın.

Hıçqırıqların əlamətləri və simptomları hansılardır?

Hıçqırıq səsinə səbəb olan diafraqmanın qəfil, güclü hərəkəti hıçqırığın yeganə simptomudur.

Hansı hallarda həkimə müraciət etməliyəm?

Hıçqırıqlarla əlaqəli olduqda həkimə müraciət səbəbləri : qarın ağrısı, hərarət, təngnəfəslik, qusma, qanlı öskürək və ya boğazda tıxanma hissi.

Tibb mütəxəssisləri hıçqırıqların səbəbini necə müəyyən edir? Hansı həkimlər hıçqırıqları müalicə edirlər?

Bir çoxumuz hıçqırıqın nə olduğunu və onu aylrd edə bilirik. Tibbi şəraitdə hıçqırıq diaqnozu fiziki qiymətləndirməyə əsaslanır. Hıçqırıqlar sağlamlıq vəziyyətinin əlaməti olmadıqda qan testləri və ya rentgen şüaları ümumiyyətlə lazım deyil. Digər hallarda həkimlər lazımi müayinələri istəyə bilər.

Əsas səbəbdən asılı olaraq hıçqırıqları müalicə edən bir çox fərqli mütəxəssis ola bilər:

- Səbəb bir iflic və ya digər nevroloji bir xəstəlikdirsə,  nevroloqa müraciət edə bilərsiniz.

- Səbəb həzm sistemi xəstəlikləri bağlıdırsa, qastroenteroloqa ehtiyac duyulur.

- Səbəb ağciyər xəstəliyi və ya sətəlcəmdirsə, tənəffüs yollarının xəstəlikləri üzrə mütəxəssis olan pulmonoloqa müraciət edə bilərsiniz.

Hıçqırıqların tibbi müalicəsi varmı?

Hıçqırıqların çoxu öz-özünə dayanacaq. Hıçqırıqları aradan qaldırmaq üçün ev müalicələri ümumiyyətlə kifayətdir.

Davamlı hıçqırıqlar üçün (üç saatdan çox davam edən) müalicə dəyişir və həkiminizlə əlaqə saxlamağınız lazım ola bilər.

Davamlı hıçqırıqlar zamanı həkim mütəxəssisi dərmanlar təyin edə bilər.

Bəzi əzələ yimşaldıcı, sakitləşdirici, analgetik və hətta stimulantlar hıçqırığı  azaltmağa kömək edə bilir.
Frenik sinir əməliyyatı (diafraqmanı idarə edən sinir) son çarədir. Bu müalicə nadir hallarda həyata keçirilir və yalnız digər müalicələrə cavab verməyən uzun müddətli hıçqırığı olan şəxslərdə istifadə olunur.

Hıçqırığın fəsadları varmı?

Hıçqırıqların əksəriyyəti öz-özünə və ya müalicə ilə həll olunduğundan fəsadlar olduqca nadirdir.

Hıçqırıqların yemək və yuxu rejimini pozduğu ağır və davamlı vəziyyətlərində kilo itkisi və ya yuxu pozğunluqları meydana gələ bilər.

Nadir hallarda ağır hıçqırıqlarda ürək aritmiyaları və qastroezofageal reflüks xəstəliyi qeyd olunur.

Hıçqırıqların qarşısını almaq mümkündürmü?

Hıçqırıqların qarşısını həmişə almaq olmaz. Aşırı yeməkdən, çox tez yeməkdən və ya çox qazlı sular içməmək hıçqırıqların qarşısını ala bilər./milli.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri