Icma.az
close
up
RU
Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul, 8 noyabr, Günel Karatepe, AZƏRTAC

2020-ci ilin 8 Noyabr tarixi Qafqazın taleyinin yenidən yazıldığı, ədalətin torpağa kök saldığı, Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür. Azərbaycanın Qarabağ Zəfəri təkcə torpaqları geri qazanmaq deyil, bir millətin şərəfini, ləyaqətini, tarixi həqiqətini geri almasının adıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Optimar” Araşdırma Mərkəzinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

O, bildirib ki, Qarabağın 30 il ərzində işğal altında qaldığı müddət ərzində Azərbaycan xalqı səbir etdi, lakin heç vaxt unutmadı.

O səbrin, gözləntinin adı 8 noyabrda Zəfərə çevrildi. Ordusu, xalqı, lideri və Türkiyənin qardaş dəstəyi ilə Azərbaycan dünyaya bu mesajı verdi: “Torpaq müqəddəsdir, işğal əbədi ola bilməz”.

“Prezident İlham Əliyev Qarabağ müharibəsini təkcə hərbi əməliyyat kimi deyil, dövlət ağlı və strateji baxışla idarə etdi. Bu Zəfərdə Prezident Rəcəb Tayyib Ərdoğanın “Bir millət, iki dövlət” anlayışı ilə göstərdiyi qətiyyət, Türkiyənin mənəvi dəstəyi Türk dünyasının yeni güc balansına keçidini simvolizə etdi. Bu həmrəylik təkcə Qarabağın azadlığı deyil, eyni zamanda Türk birliyinin yenidən oyanışıdır” - deyə o, bildirib.

Hilmi Daşdemir qeyd edib ki, hər bir xalqın tarixində bir rəmzi şəhər var. “Bizim üçün Çanaqqala nədirsə, Azərbaycan üçün Şuşa odur. Şuşanın azad olunması təkcə strateji deyil, həm də kimlik Zəfəridir. Əgər o şəhərdə yenidən azan səslənibsə, demək ki, bu qələbənin mahiyyətində təkcə güc deyil, həm də iman, səbir və ədalət var. Bu gün Türk Dövlətləri Təşkilatının hər toplantısında Qarabağın azadlığı bir ilham mənbəyidir. Çünki bu Zəfər Türk dünyasının birgə iradəsi ilə nələrin mümkün olduğunu göstərdi. Artıq məsələ təkcə coğrafiya deyil, mədəni, iqtisadi və texnoloji sahələrdə ortaq gələcəyin qurulmasıdır”.

Qarabağ Zəfərində qardaşlığın, inamın, tarixin varlığını vurğulayan Hilmi Daşdemir bildirib ki, 8 Noyabr təkcə Qarabağın deyil, ədalətin, şərəfin və Türk millətinin yenidən dirçəlişinin günü kimi tarixə keçib. “Bir millət, iki dövlət” anlayışı isə artıq bir şüar deyil, bir tarixin yenidən yazılış şəklidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri