Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Madaqaskar sahillərində aşkarlanan 300 illik gəminin qalıqları, bir vaxtlar əfsanə sayılan dəniz quldurları basqını barədə məlumatlara işıq salıb. Tapıntının 1721-ci ildə Hind okeanında "piratların qızıl dövrü"ndə ələ keçirilmiş portuqal hərbi gəmisinə məxsus olduğu öyrənilib. Belə ki, gəminin tarixi sənədlərdəki təsvirlərlə uyğunluğu araşdırılıb, nəticədə gövdənin quruluşu, tapılan sikkələrin tarixi və yükün tərkibi ehtimalları təsdiqləyib.
Oxu.Az bu barədə "Nauka TV"yə istinadla xəbər verir.
Bildirilir ki, Hindistanın Qoa adasından Lissabona yola çıxan "Nossa Senhora do Cabo" adlı portuqal gəmisinin göyərtəsində dövlət məmurları ilə yanaşı, diplomatik bağlamalar, dini əşyalar və lüks mallar olub. Bu yükün dəyəri bu günün məzənnəsi ilə təxminən 138 milyon ABŞ dolları təşkil edir.
Gəminin qalıqları Madaqaskarın şərq sahilində, Nosi-Bora adasının yaxınlığında aşkarlanıb. XVII-XVIII əsrlərdə piratlar tez-tez bu adaya apardıqları qənimət gəmilərini təmir edir və talanı bölüşürdülər. Qalıqlardan 3 300-dən çox artefakt çıxarılıb. Onların arasında ərəb yazıları olan qızıl sikkələr, çini qablar, nadir dini əşyalar var.
Arxiv qeydlərinə görə, gəmi 1721-ci ilin aprelində Reyunyon adası yaxınlığında tufana düşərək zədələnib. Gəmi bundan sonra dəniz quldurları tərəfindən ələ keçirilib.
Baxış sayı:105
Bu xəbər 07 Sentyabr 2025 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















