“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 aprel, AZƏRTAC
“Hizbullah” Livan ərazisinə edilən hücuma cavab olaraq İsrailin şimalında yerləşən Kfar Giladi yaşayış məntəqəsi yaxınlığındakı İsrail ordusunun mövqelərini atəşə tutduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yayılan açıqlamada bildirilib.
Hərəkatın məlumatına görə, İsrail atəşkəsi 200 dəfədən çox pozub. Qeyd olunub ki, cavab olaraq “Hizbullah” döyüşçüləri Livanın cənubundakı yaşayış məntəqələrinə atəş açmaq üçün istifadə edilən Kfar Giladi yaxınlığındakı İsrail Müdafiə Qüvvələrinin artilleriya mövqeyinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Xatırladaq ki, aprelin 17-dən etibarən Livanda İsrail ilə 10 günlük atəşkəs qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Aprel 2026 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















