Hizbullah liderindən Əsədin devrilməsinə ilk reaksiya
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Livan "Hizbullah"ının lideri Nəim Qasım televiziya çıxışında bildirib ki, Bəşər Əsəd hökumətinin süqutundan sonra təşkilat artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilməz.
“"Hizbullah" Suriyadan keçən hərbi təchizat xəttini itirdi və “Müqavimət oxu” vəziyyətə uyğunlaşmalıdır… Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, "Hizbullah" silahlarını yerə qoymağa məcbur”, - deyə Nəim Qasım bildirib.
Qeyd olunub ki, "Hizbullah" və İran Bəşər Əsədin müttəfiqləri idilər və müxalifəti məhv etmək üçün on ildən çox vətəndaş müharibəsi aparıblar. (BBC)
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:143
Bu xəbər 15 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















