Icma.az
close
up
RU
“Hökumət görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır, anladı ki, bu axının qarşısını almaq olmaz...”

“Hökumət görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır, anladı ki, bu axının qarşısını almaq olmaz...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə, hərəkata ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar...”

“İlk gündə hərəkatın başlanmasına hökumət tərəfindən xeyli müqavimət oldu. Həmin gün, yəni 1988-ci il noyabrın 17-də  o vaxt Lenin meydanı adlanan Azadlıq meydanına gedincə milislər 6 yerdə bizim qarşımızı kəsdilər. Bir neçə dəfə mənə də zərbə vurdular, huşumu itirdim. Dostum Ədalət Tahirzadənin oğlu Həmidin o vaxt bütün SSRİ-də qeyd edilən böyük oktyabr sosialist inqilabı münasibəti ilə keçirilən 7 noyabr paradında istifadə etdikdən sonra mənə verdiyi iki kiçik bayraqdan düzəltdiyim Azərbaycan bayrağını əlimdən aldılar... Səhər saat 8-dən 11-dək Sabir bağında yerdə oturduq. Sonra, nəhayət,  Meydana girə bildik”. 

Bunu Moderator.az-a açıqlamasında Meydan hərəkatının başlanmasından danışan həmin vaxt ilk mitinqlərin əsas təşkilatçısı olan Ənvər Əliyev söyləyib. 

“O vaxt Bakıya yalnız Azərbaycan milisi və DTK-sı nəzarət etmirdi, Rusiyadan, Omsk şəhərindən daxili qoşunlar da gətirilmişdi. Yəni Moskvada da əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə, hərəkata ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar. Və bəzi məsələlərdən xəbər tutanda iş yerlərində bizlərə müəyyən təzyiqlər edilirdi. Bəli, yalnız biz alimlər, Universitetin tələbələri deyil, digər universitetlərin də tələbələri hərəkata qoşulduqdan sonra hökumət də, milis də görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır başa düşdülər ki bu axının qarşısını almaq mümkün deyil. Ona görə də hərəkata müqavimət göstərməkdən çəkindilər”, -deyə hərəkatçı nəzərə çatdırıb.

Sultan Laçın  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see178

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see135

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see134

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see133

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see129

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see127

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see126

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see120

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see119

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see119

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see115

Bu da Hüsniyyənin heç yerdə görmədiyiniz oğlu VİDEO FOTO

05 Sentyabr 2025 22:58see115

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri