Icma.az
close
up
RU
Hökumətin hesabat vermə vaxtı DƏYİŞİR

Hökumətin hesabat vermə vaxtı DƏYİŞİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclis Nazirlər Kabinetinin qanunverici orqanda hesabat verdiyi tarixin dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

Modern.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında illik fəaliyyət haqqında hesabat verir.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin hesabatı hər il martın 31-dək təqdim ediləcək.

Layihəyə əsasən, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təqdim olunan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək.

Bununla belə, layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur. Bu müddəa hesabatların təqdim olunması ilə bağlı formalaşmış təcrübəyə əsaslanır.

Qeyd olunub ki, Milli Məclisə hesabat və ya məruzə təqdim edən digər orqanlar üçün hesabat və ya məruzələrin Milli Məclisin sayca məhz hansı iclasında təqdim edilməsi ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri