Holand Premyer Liqanın rekordunu təkrarladı Bunu yalnız Harri Keyn bacarmışdı
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Siti" "Tottenhem"i məğlub edib.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn "şəhərlilər"in yeganə qolunun müəllifi olan Erlinq Holand üçün görüş əlamətdar olub.
Bu barədə "WhoScored" məlumat yayıb. Norveçli forvard “Tottenhem”ə qol vurmaqla, Premyer Liqanın unikal rekordunu təkrarlayıb. Belə ki, o, Premyer Liqa tarixində üç mövsümdə həm evdə, həm də səfərdə 10 və ya daha çox qol vuran ikinci futbolçu olub. Əvvəllər bunu yalnız hazırda “Bayern Münhen”də çıxış edən, vaxtilə “Tottenhem”də tarix yazan Harri Keyn bacarmışdı.
24 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib və 28 qol vurub. Onun Premyer Liqa oyunlarında hesabında 20 qol var. Norveçli ulduz çempionatın bombardiri yarışında ikinci yerdədir və "Liverpul"un hücumçusu Məhəmməd Salahdan 5 qol geri qalır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Fevral 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















