Icma.az
close
up
RU
HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı FOTO

HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı FOTO

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahəsində beynəlxalq miqyasda tanınan HONOR, 12 iyul tarixində baş tutmuş Azərbaycandakı ilk rəsmi HONOR Brend Mağazasının uğurlu açılışını qürurla elan edir. Mağaza Bakının mərkəzində yerləşən 28 Mall ticarət mərkəzinin 1-ci mərtəbəsində fəaliyyət göstərir və bu, brendin regiondakı genişlənməsində mühüm mərhələ hesab olunur.

Açılış mərasimi HONOR Azərbaycan üzrə ölkə rəhbəri cənab Jing Xi və HONOR-un yerli bazardakı tərəfdaşı Irshad şirkətinin baş icraçı direktoru Aris Şixaliyev tərəfindən həyata keçirilib. Yeni mağaza HONOR-un mükəmməl xidmət və məhsullara birbaşa çıxış vizyonuna uyğun olaraq premium alış-veriş təcrübəsi təqdim edir.

“Azərbaycanda ilk HONOR Brend Mağazasının açılması bizim üçün əlamətdar hadisədir,” – deyə cənab Jing Xi bildirib. “Azərbaycan regionumuz üçün əsas bazarlardan biridir və biz müştərilərimizə brendimizin premium ruhunu əks etdirən, eyni zamanda ən son HONOR yeniliklərinə birbaşa çıxış təqdim edən yeni bir məkan təqdim etdiyimiz üçün qürur duyuruq. Bu açılış bizim inkişafımızın simvoludur və ölkəyə olan uzunmüddətli öhdəliyimizin göstəricisidir.”

Aris Şixaliyev, Irşad şirkətinin baş icraçı direktoru də açılışla bağlı fikirlərini bölüşüb:

“Biz bu yeni HONOR mağazasını brendin Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi baxımından strateji bir addım kimi qiymətləndiririk — xüsusilə Bakı kimi dinamik bazarda. Eksklüziv tərəfdaş olaraq Irshad, HONOR-un innovasiya və keyfiyyətini daha geniş auditoriyaya çatdırmaq və brendin tanınması ilə satışların artmasına töhfə vermək istiqamətində səy göstərməkdə davam edəcək.”

HONOR Brend Mağazasında sizi nələr gözləyir?

Müasir və zövqlü dizayna sahib mağaza HONOR-un ən qabaqcıl məhsul seriyalarını təqdim edir. Müştərilər Magic, N və X seriyaları ilə yanaşı, AI funksiyaları ilə seçilən HONOR 400 Seriyası, müxtəlif planşet modelləri (klaviatura və stylus dəstəkləyən versiyalar daxil olmaqla), geniş çeşiddə noutbuklar, ağıllı saatlar və audio cihazlarla tanış ola biləcəklər.

Açılış Detalları:

Tarix: 12 iyul 2025 Saat: 15:00 – 19:00 Ünvan: Azadlıq prospekti 15a/4, 28 Mall, 1-ci mərtəbə, Bakı İş saatları: Həftənin bütün günləri, saat 10:00–22:00

Açılışa özəl kampaniyalar

Eksklüziv şərtlər | 12–31 iyul 2025
Nəğd alışlarda endirimlər, faizsiz hissə-hissə ödəniş və komissiyasız xidmətlər — yalnız yeni HONOR Brend Mağazasında! Hədiyyə qutusu kampaniyası | 12–31 iyul 2025
Aksiya müddətində edilən hər alışa HONOR hədiyyə qutusu təqdim olunur. Alış məbləğinə uyğun olaraq hədiyyələr dəyişilir: 500 AZN-dək: HONOR Hədiyyə Qutusu 500–1000 AZN: Hədiyyə Qutusu + HONOR Earbuds X7 Lite 1000 AZN-dən çox: Hədiyyə Qutusu + HONOR Choice Watch 2i

Qeyd: Kiçik aksessuarlar, eləcə də yeni HONOR 400 və HONOR 400 Pro modelləri bu kampaniyaya daxil deyil.

HONOR 400 Series üçün eksklüziv təklif | 12–31 iyul 2025
Yalnız brend mağazasında HONOR 400 və ya HONOR 400 Pro alışı zamanı — 2 hədiyyədən ibarət xüsusi hədiyyə qutusu: HONOR Choice Watch 2i + Earbuds X7 Lite Açılışa özəl müsabiqə | 12–20 iyul 2025
Alış şərti olmadan mağazanı ziyarət edən hər kəs müsabiqədə iştirak edə bilər və bu dəyərli hədiyyələri qazanmaq şansı əldə edir: HONOR 400 Pro HONOR Choice Watch 2i HONOR Earbuds X7 Lite

Açılış Günü Tədbiri

Mağazanın açılışı günü — 12 iyulda, 28 Mall-un 4-cü mərtəbəsində böyük şou-proqram təşkil olunub. Tədbirdə canlı musiqi, interaktiv oyunlar, məhsul təqdimatları və bol hədiyyələr qonaqlara unudulmaz təcrübə yaşadıb.

Yeni HONOR Brend Mağazasını ziyarət etməyi qaçırmayın — ən son süni intellekt innovasiyalarını kəşf edin, eksklüziv təkliflərdən faydalanın və HONOR-un Azərbaycandakı yeni inkişaf mərhələsinin bir parçasına çevrilin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri