Icma.az
close
up
RU
Hörmət pulu ilə fond yaratmışıq Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK etiraflar

Hörmət pulu ilə fond yaratmışıq Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK etiraflar

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O bildirib ki, direktor olduğu dövrdə mərkəzdə ciddi çatışmazlıqlar mövcud olub:

"Mən təşkilati işlərə cavabdeh şəxs idim. İşlədiyim müddətdə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması səbəbindən 2500 manat cərimələndim. Sonra cihazlarla, su ilə bağlı problemlər yaşandı, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Bu çatışmazlıqlarla bağlı dəfələrlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etmişəm, amma cavab olaraq hazırda imkan olmadığı bildirilib. İşçilərdən soruşanda dedilər ki, məndən əvvəl belə hallarda fond yaradılıb, könüllü şəkildə pul toplanaraq xərclər ödənilib. Mən də bunu davam etdirdim. Pul əsasən xəstələrin verdiyi "hörmət"lərdən gəlirdi".

Prokurorun suallarını cavablandıran Mustafayev əlavə edib ki, cərimələri özəl xəstəxanada psixiatr kimi qazandığı maaşdan ödəyib. O, yığılan pulu əsasən Zamin Əliyevdən aldığını deyib:

"Zamin doktor şöbə müdiri işləyən vaxtdan etibarlı biri idi. Pul yalnız xəstəxananın ehtiyacları üçün xərclənirdi. Gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda ondan 1 000, 1 100, 1 700 manat alıb təsərrüfat işlərinə sərf etmişəm. Mərkəzə qəbul zamanı isə heç kimdən pul alınmayıb".

Daha sonra ifadə verən Zamin Əliyev qeyd edib ki, xəstələrin xəstəxanaya vurduğu ziyanı da onlar ödəyiblər:

"Bizim xəstələr digər xəstəxanalardakılar kimi deyildilər. Maddə təsiri altında əşyaları sındırır, ziyan vururdular, biz də ödəyirdik. Digər xəstəxanalardan fərqli olaraq, bizdə pasiyentlər qəbul edildikdən sonra həkim onlara baxırdı. Elə vaxt olub ki, xəstə yerləşdirilib, sonra ailəsinə məlumat verilib".

Elşən Mustafayevin vəkili müdafiə etdiyi şəxsin TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və sənədlərin tədqiqi mərhələsinə başlanıb.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin sabiq rəhbərliyi barədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Elşən Mustafayev və Zamin Əliyev müxtəlif məqsədlərlə vətəndaşlardan rüşvət almaqda ittiham olunurlar. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri