Hörmüz bu ölkələr üçün bağlıdır Pezeşkian AÇIQLADI
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Hörmüz boğazı İranın sərhədlərini pozanlar istisna olmaqla, hər kəs üçün açıqdır.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.
“Hörmüz boğazı hər kəs üçün açıqdır. Yalnız İranın ərazisinə soxulanlar istisnadır”, – o qeyd edib.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbə altına İranın bütün iri şəhərləri, o cümlədən də Tehran düşüb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum etməklə genişmiqyaslı cavab əməliyyatını elan edib. İsraillə yanaşı, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da hücuma məruz qalıb. Martın 2-də isə SEPAH-ın general-mayoru İbrahim Cabbari Hörmüz boğazının İsrail və ABŞ-ın hərbi əməliyyatları səbəbindən neft gəmilərinin keçidi üçün bağlandığını elan edib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 22 Mart 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















