“Hörmüzü açmasalar, atəşkəs şərtləri qüvvədən düşəcək”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Yaxın Şərqdə elan olunmuş iki həftəlik müvəqqəti atəşkəsin taleyi ilə bağlı sərt bəyanatlar verib.
“Qafqazinfo” xəbər verir ki, Budapeştdə səfərdə olan Vens jurnalistlərə açıqlamasında bu sülh fürsətinin “kövrək” olduğunu vurğulayıb.
O bildirib ki, atəşkəsin davam etməsi birbaşa İranın Hörmüz boğazı ilə bağlı öhdəliklərini yerinə yetirməsindən asılıdır:
“Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. Prezident Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Onlar öz növbəsində boğazı açmalıdırlar. Əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, prezident də razılaşmaya əməl etməyəcək”.
Vens həmçinin Tehranla danışıqlarda uranın zənginləşdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, əgər İran tərəfi səmimi niyyət nümayiş etdirərsə, Vaşinqton bu istiqamətdəki tələblərinə düzəlişlər edə bilər.
Vitse-prezident Livan məsələsində yaranmış anlaşılmazlığa da aydınlıq gətirib. O vurğulayıb ki, ABŞ heç vaxt atəşkəsin Livana (“Hizbullah”a qarşı əməliyyatlara) aid olacağı barədə vəd verməyib:
“Güman edirəm ki, İranda atəşkəsin Livana aid olduğunu düşünüblər, lakin bu belə deyil. Biz demişik ki, atəşkəs İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Fars körfəzinin ərəb ölkələrinə aid olacaq. İsrail tərəfi regional danışıqların uğurla nəticələnməsi üçün Livandakı hərbi fəaliyyətlərini müəyyən dərəcədə məhdudlaşdırmağı təklif edib, lakin bu, rəsmi atəşkəs öhdəliyi deyil”.
Xatırladaq ki, aprelin 8-də Tramp administrasiyası ilə İran arasında əldə olunan 14 günlük razılaşma aprelin 22-dək qüvvədədir. Bu müddət ərzində tərəflərin Pakistanda birbaşa danışıqlar aparması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 09 Aprel 2026 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















