Icma.az
close
up
RU
Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT Avtobus dayanacağını küçə itləri BÜRÜDÜ VİDEO

Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT Avtobus dayanacağını küçə itləri BÜRÜDÜ VİDEO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onların sayı paytaxtın mərkəzi küçələrində, şəhərətrafı qəsəbələrdə, parklarda, hətta məktəb və dayanacaqların qarşısında günü-gündən artmaqdadır. Bəli, söhbət sahibsiz itlərdən gedir. Artıq küçə itləri potensial təhlükəyə çevrilib. Ölkənin hər yerində aktual olan problemə yerli icra hakimiyyətləri də əncam çəkməkdə maraqlı görünmür. Digər ölkələrdə olduğu kimi Bakını bürüyən sahibsiz itlər nə küçələrdən yığışdırılaraq sığınacaqlara yerləşdirilir, nə qısırlaşdırılır, nə də quduzluğa qarşı mübarizə tədbirləri aparılır.
Belə ərazilərdən biri də Suraxanı rayonu, Hövsan qəsəbəsidir. Qəsəbənin demək olar ki, hər tərəfini, xüsusilə bağlar massivini küçə itləri bürüyüb. Məktəb həyətləri, binaların qarşısı, zibil yeşiklərinin yanı, eləcə də boş və kənar ərazilərdə sahibsiz itlər sürü ilə gəzir. Bu təhlükə nəinki azyaşlıların, elə böyüklərin də kabusuna çevrilib. Məsələnin ən təhlükəli tərəfi ac-susuz, qyğısız qalan küçə itlərinin daha aqressiv və təhlükəli olmasıdır.
Bu günlərdə qəsəbənin Yeddi gözəl parkı ərazisinə yaxın dayanacağın ətrafında küçə itlərinin sürü ilə insanlara hücum etməsi məsələni bir daha aktuallaşdırıb.  Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə küçə itləri ilə bağlı hər gün eyni vəziyyət yaşanır. Dayanacaqda itlərin əlindən rahat hərəkət etmək və avtobusa minmək olmur. Əldə hər hansı yük olanda isə itlər sürü ilə arxalarınca düşür.
Digər sakinlər isə azyaşlı övladlarına görə narahat olduqlarını bildiriblər. Dediklərinə görə uşaqlarını tək məktəbə göndərə bilmirlər. Dəfələrlə itlər onların üstünə hücum edib və yaxınlıqdak insanların köməyi ilə təhlükədən qoruna biliblər. Eyni zamanda bildiriblər ki, əvvəl qəsəbədə tək-tük küçə iti görünürdüsə, indi addımbaşı onlara rast gəlmək mümkündür.  
Məsələ ciddi narahatlıq doğurduğu üçün müvafiq qurumlara müraciət etdik.
Suraxanı rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı tədbirlər görülməkdədir:
“Sakinlərin Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin “1921” qaynar xəttinə müraciətləri əsasında Mərkəz tərəfindən bu istiqamətdə rayonda profilaktik işlər aparılır.  Lakin buna baxmayaraq rayonun inzibati ərazisində sahibsiz heyvanların sayının artması səbəbindən, eyni zamada, sakinlər tərəfindən ünvanlanan müraciətləri nəzərə alaraq  RİH tərəfindən  bu problem nəzarətdə saxlanılaraq  aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə mütəmadi müraciətlər ünvanlanır” - deyə qurumdan bildirilib.
Hövsan bələdiyyə sədri Seymur Rəsulovun isə cavabı qəribə olub. O, deyib ki, məsələ ilə bağlı bələdiyyəyə heç bir şikayət daxil olmayıb:  
“Küçə itləridir, pişikləridir ümumiyyətlə  bunlara toxunmaq olmaz. Ona görə də biz aidiyyəti qurumlara bildirməliyik və onlar da gəlib yoxlayıb tədbir görməlidir. Biz öz tərəfimizdən də lazimi tədbirlər görəcəyik, məsələyə laqeyid yanaşmayacağıq. İnsanların təhlükəsizliyi bizim üçün olduqca vacibdir”, - deyə bələdiyyə sədri bildirib.
Mövzunu diqqətdə saxlayacağıq…

Aygün Hüseyn, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri