Icma.az
close
up
RU
“Huawei” 10 il ərzində tədqiqatlara 174 milyard dollar sərmayə yatırıb və 100 mindən çox patent müraciəti edib

“Huawei” 10 il ərzində tədqiqatlara 174 milyard dollar sərmayə yatırıb və 100 mindən çox patent müraciəti edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

“Huawei” şirkətinin istehlak məhsulları bölməsinin rəhbəri Riçard Yu Pura 80 smartfon seriyasının təqdimat mərasimində bildirib ki, son on il ərzində şirkət tədqiqat və inkişaf sahəsinə təxminən 173,7 milyard ABŞ dolları sərmayə yatırıb və dünya üzrə 100 mindən çox patenti qeydiyyatdan keçirib.

AZƏRTAC “Huawei Central” resursuna istinadla xəbər verir ki, bu məbləğin yalnız ötən ilə düşən hissəsi təxminən 25 milyard dollar təşkil edib. Bu da “Huawei”in illik gəlirinin 20 faizindən çoxunu tədqiqatlara yönəltdiyini göstərir.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu miqyasda yatırılan investisiyalar “Huawei”in texnoloji gücünün aydın sübutudur. Son on il ərzində şirkət ABŞ texnologiyaları ilə rəqabət apara bilən bir sıra innovativ məhsullar təqdim edib. Bu məhsullara nümunə olaraq 2023-cü ilin payızında sərt ABŞ sanksiyalarına rəğmən təqdim edilən və 5G-ni dəstəkləyən “Huawei” smartfonları göstərilə bilər.

Hazırda “Huawei” dünya üzrə 150 minə yaxın patent müraciəti qeydiyyatdan keçirib. Bu patentlər smartfonlar, daşına bilən cihazlar, müxtəlif sensorlar, rabitə texnologiyaları və avtomobil elektronikası sahələrini əhatə edir.

Eyni zamanda, 5G şəbəkələrində məlumat ötürülməsi ilə bağlı texnologiyalardan başqa, “Huawei” fotonika sahəsində də ixtiraları qeydiyyatdan keçirib. Bu texnologiyalar məlumat mərkəzləri üçün daha sürətli interfeyslərin yaradılmasına imkan verəcək.

Şirkət bəyan edib ki, mənfəətin bir hissəsindən imtina etmək tələb olunsa belə, gələcəkdə də tədqiqat və inkişaf sahəsinə sərmayələri davam etdirmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri