Hudson ştatında helikopterin qəzaya uğraması nəticəsində Siemens in filial müdiri həlak olub
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Almaniyanın “Siemens” konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar ailəsi ilə birlikdə helikopterin Nyu-York yaxınlığında Hudson çayına düşməsi nəticəsində həlak olub.
Bundan əvvəl Nyu-York meri Erik Adams helikopterin Hudson çayına düşməsi nəticəsində 6 nəfərin öldüyünü təsdiqləyib. O bildirib ki, ilkin məlumata görə, helikopterin göyərtəsində İspaniyadan olan bir ailə olub.
Qəzet yazır: “Siemens" texnoloji şirkətinin İspaniya bölməsinin rəhbəri və onun ailəsi Hudson çayına düşmüş vertolyotun bədbəxt hadisənin qurbanı kimi müəyyən edilib... Qəza. nəticəsində "Siemens"in İspaniya prezidenti və baş direktoru Aqustin Eskobar, həyat yoldaşı və üç uşağı həlak olub”.
New York Post mənbələrinin məlumatına görə, helikopter pilotunun cəsədi hələlik müəyyən edilməyib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Aprel 2025 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















