Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır. Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.
H.Akar işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və inkişafa görə qürur duyduğunu ifadə edib: “Həm yolboyu gələrkən, həm də Şuşada gördüklərimizdən böyük bir qürur duyduq. Gerçəkdən çox böyük inkişafın şahidi olduq. Prezident İlham Əliyevin qətiyyəti ilə burada sürətli inkişaf meydana gəlib. İşlər planlı, məqsədə uyğun şəkildə həyata keçirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Aprel 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















