Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Humanizm və məsuliyyət nümunəsi

Humanizm və məsuliyyət nümunəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan İranı tərk etməyə çalışan xarici vətəndaşlar üçün nicat yoludur

Son dövrlərdə regionda baş verən hadisələr dövlətlərin milli təhlükəsizlik məsələlərində atdığı addımların bəzən yalnız zaman keçdikcə tam aydın göründüyünü bir daha göstərir. Bu gün Cənubi Qafqaz ətrafında cərəyan edən proseslər fonunda aydın olur ki, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması təsadüfi xarakter daşımayan, əsaslandırılmış, müdrik qərar olub. Bu addım ölkəmizin təhlükəsizliyi baxımından düşünülmüş, uzaqgörən və zəruri bir addım idi.

Hazırkı mürəkkəb geosiyasi vəziyyət göstərir ki, quru sərhədlərimizin bağlı saxlanılması bizim təhlükəsizliyimiz üçün çox vacib bir amildir. Yaxın coğrafiyada baş verən hərbi qarşıdurmalar, müxtəlif regionlarda artan gərginlik, qeyri-sabitlik o deməkdir ki, dövlətlər sərhəd təhlükəsizliyinə daha həssas yanaşmalıdır. Bu baxımdan, rəsmi Bakı quru sərhədlərlə bağlı qərarı qüvvədə saxlayaraq, əslində, ölkəmizin daxili sabitliyini qorumağa yönəlmiş düzgün siyasət həyata keçirir. Bu məsələni daha geniş kontekstdə dəyərləndirdikdə aydın görünür ki, quru sərhədlərimizin bağlı qalması məhz mümkün təhdidlərin qarşısını almağa hesablanmış addım idi. Dövlət təhlükəsizliyi yalnız hərbi güclə təmin edilmir. Bəzən potensial risklərin vaxtında qiymətləndirilməsi və qabaqlayıcı addımların atılması daha böyük əhəmiyyət daşıyır. Azərbaycan məhz belə bir yanaşma nümayiş etdirərək regionda baş verə biləcək gözlənilməz proseslərin ölkəyə təsir imkanlarını minimuma endirməyə çalışıb.

Bu gün müxtəlif istiqamətlərdən yaranan risklər də bu qərarın nə qədər düzgün olduğunu göstərir. Gözlənilən kənar təhdidlər və ümumilikdə, təhlükəsizlik məsələsi hər bir dövlət üçün əsas prioritetdir. Xüsusilə də regionumuz kimi mürəkkəb geosiyasi məkanlarda yerləşən ölkələr üçün bu məsələ daha həssas xarakter daşıyır. Məhz buna görə də sərhədlərə nəzarətin gücləndirilməsi və onların bağlı saxlanılması dövlət təhlükəsizliyinin mühüm elementinə çevrilir.

Digər tərəfdən, belə qərarların arxasında duran səbəblərdən biri də yad elementlərin respublika ərazisinə daxil olması riskidir. Dünyanın müxtəlif bölgələrində baş verən hadisələr göstərir ki, münaqişə zonalarından və qeyri-sabit ərazilərdən müxtəlif qrupların başqa ölkələrə keçmək cəhdləri istənilən vaxt baş verə bilər. Bu isə yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial sabitlik baxımından əlavə risklər yaradır. Azərbaycanın belə halların qarşısını əvvəlcədən nəzərə alaraq tədbir görməsi dövlət idarəçiliyində məsuliyyətli yanaşmanın göstəricisidir.

Bütün bunlar fonunda indi daha aydın görünür ki, Prezident İlham Əliyevin quru sərhədlərlə bağlı qərarı çox doğru addım olub. Zənnimizcə, dövlətimizin başçısının 2024-cü il sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır”.

Bu mənada, quru sərhədlərinin bağlı saxlanılması ilə bağlı qərar təkcə bugünkü vəziyyət üçün deyil, gələcəkdə yarana biləcək riskləri də nəzərə alan uzaqgörən siyasətin nəticəsidir. Dövlətimizin başçısının təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşması Azərbaycanın sabitlik adası kimi mövqeyini qorumasında mühüm rol oynayır. Əslində, son hadisələr bir daha sübut edir ki, təhlükəsizlik sahəsində atılan qabaqlayıcı addımların əhəmiyyəti yalnız zaman keçdikcə daha aydın görünür. Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması da məhz belə qərarlardan biridir. Regionda gərginliyin artdığı, müxtəlif risklərin meydana çıxdığı bir dövrdə bu siyasətin ölkəmizin sabitliyinə və təhlükəsizliyinə mühüm töhfə verdiyi açıq şəkildə görünür. Bu baxımdan rəsmi Bakının seçdiyi xətt həm düşünülmüş, həm də milli maraqlara tam uyğun olan düzgün yanaşma kimi qiymətləndirilə bilər.

* * *

Ancaq hazırkı situasiyada respublikamız təkcə milli təhlükəsizliyini qorumur, həm də humanitar məsuliyyəti unutmayan dövlət kimi çıxış edir. Məhz buna görə də İran ətrafında yaranmış mürəkkəb vəziyyət fonunda rəsmi Bakı prinsipial mövqe nümayiş etdirərək, necə deyərlər, dara düşən insanların taleyinə biganə qalmadığını göstərir. Biz hazırda İranı tərk etməyə və vətənlərinə qayıtmağa yol tapmağa çalışan insanlar üçün də nicat qapısı açmışıq. Qapımız dara düşənlərin üzünə açıqdır. Bu yanaşma Azərbaycanın həm məsuliyyətli dövlət, həm də humanitar dəyərlərə sadiq ölkə olduğunu göstərir. Bu gün İranı tərk edənlər üçün qurtuluş və xilasın əsas qapılarından biri məhz Azərbaycandır. Çünki ölkəmiz regionda sabitliyin qorunduğu nadir məkanlardan biridir. Müxtəlif ölkələrin vətəndaşları çətin vəziyyətdən çıxmaq üçün təhlükəsiz marşrut axtararkən Azərbaycan məhz belə bir imkan təqdim edir. Bu isə təkcə coğrafi üstünlük deyil. Bu, həm də dövlətin siyasi iradəsi və humanitar yanaşmasının nəticəsidir.

Xoşməramlı jestini nümayiş etdirən rəsmi Bakı üçün ərazimizə daxil olan insanların hansı ölkənin vətəndaşı olması əsas məsələ deyil. Azərbaycan bu məsələyə milli və ya siyasi ayrı-seçkilik prizmasından yanaşmır. Ərazimizə daxil olanın Rusiya, Belarus, Almaniya, Çin və ya Fransa vətəndaşı olması fərq etmir. Əsas olan odur ki, həmin insanlar çətin vəziyyətdədir və öz vətənlərinə qayıtmaq üçün təhlükəsiz yol axtarırlar. Azərbaycan isə bu prosesdə etibarlı keçid məkanı kimi çıxış edir.

Diqqətçəkən məqamlardan biri də odur ki, hətta münasibətlərimizin isti olmadığı bəzi ölkələrin vətəndaşları belə Azərbaycan ərazisindən maneəsiz şəkildə vətənlərinə yola salınırlar. Bu fakt rəsmi Bakının məsələyə hansı prizmadan yanaşdığını açıq şəkildə göstərir. Çətin vəziyyətə düşən insanlara yardım göstərmək siyasi münasibətlərdən üstün tutulur. Bu isə dövlət siyasətində humanizm amilinin mühüm yer tutduğunu nümayiş etdirir.

Belə yanaşma beynəlxalq aləmdə də diqqətlə izlənilir. Çünki müasir dünyada dövlətlərin nüfuzu yalnız siyasi və ya iqtisadi güclə ölçülmür. Humanitar məsuliyyət, böhran vəziyyətlərində nümayiş etdirilən davranış da ölkələrin imicinə ciddi təsir göstərir. Azərbaycan bu məsələdə özünü məsuliyyətli və etibarlı tərəfdaş kimi təqdim edir. Təsadüfi deyil ki, fevralın 28-dən başlayaraq bir sıra yaxın-uzaq ölkələrin xarici işlər nazirlərinin Azərbaycan xarici siyasət idarəsinin başçısı ilə apardıqları telefon danışığında xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub. Müxtəlif ölkələrin XİN başçıları İranda olan vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürlərini ifadə edib, göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyini bildiriblər.

Bütün bunlar göstərir ki, Azərbaycanın siyasəti yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. Dövlət həm öz təhlükəsizliyini qoruyur, həm də humanitar məsuliyyəti nəzərə alır. Dara düşən insanların üzünə qapı açmaq, onların təhlükəsiz şəkildə vətənlərinə qayıtmasına şərait yaratmaq məhz belə yanaşmanın təzahürüdür. Nəticə etibarilə, İranı tərk edən insanlar üçün Azərbaycanın qurtuluş və xilas qapısına çevrilməsi təsadüfi deyil. Bu, rəsmi Bakının nümayiş etdirdiyi xoşməramlı siyasətin və humanitar dəyərlərə sadiqliyin real göstəricisidir. Regionda gərginliyin artdığı bir vaxtda belə addımlar həm insan həyatının qorunmasına xidmət edir, həm də Azərbaycanın məsuliyyətli dövlət kimi mövqeyini daha da gücləndirir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Mart 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri