Icma.az
close
up
RU
Daha bir humanizm nümunəsi

Daha bir humanizm nümunəsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan cəmiyyətinə ənənəvi olaraq humanizm duyğuları hakimdir. Xalqımız xoşməramlıdır, yeri gələndə bağışlamağı bacarır. Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də nəzərə alınır. Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, o cümlədən də 28 May - Müstəqillik Günü  ərəfəsində amnistiya aktları da elan olunur. Prezident İlham Əliyev 26 may 2025-ci il tarixində “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti sərəncam imzalayıb.

Müstəqil Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu amnistiya institutu

Müstəqil Azərbaycan böyük siyasətçi Heydər Əliyevin şah əsəridir. XX yüzillikdə müstəqilliyimizin bərpasında, qorunmasında və möhkəmlənməsində Ulu Öndərimiz müstəsna tarixi missiya yerinə yetirib. O cümlədən 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis edib. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb.  Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib.

Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv ?ərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib. Ümummilli Lider, həmçinin, böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb.

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü də Ulu Öndər Heydər Əliyevə məxsusdur. O, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyulub. 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul edib, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilib. Bundan sonra Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, eləcə də Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi.

Xatırladaq ki, 1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxardılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi...

70-dək əfv sərəncamı, 12-dək amnistiya aktı

Ulu Öndərimizin əsasını qoyduğu cəzanın humanistləşdirİlməsi siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda 70-ə qədər əfv sərəncamı və fərmanı, eləcə də  12-yə qədər amnistiya aktı nəticəsində 10 minlərlə insan azadlığa qovuşub.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan   şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır.

Prezident İlham Əliyev dövlət başçısı kimi əfv sərəncamlarının beşini 28 May - Müstəqillik Günü  ərəfəsində imzalayıb. Yuxarıda bəhs etdiyimiz “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri