“Hüquqi zəka” layihəsinin I turu keçirildi FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş "Hüquqi zəka" layihəsinin I turunun oyunu keçirilib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra layihə rəhbəri Nihad Əsgərov tərəfindən Azərbaycan Respublikası Gənclər Fondu haqqında layihə iştirakçılarına məlumatlar verilib.
Layihənin I mərhələsinin oyununda 2 tur olmaqla komandalara 36 sual səsləndirilib və yarışma “Nə Harada Nə Zaman” formatında keçirilib.
Hacıqabul və Şirvan rayonlarında keçirilən layihənin əsas məqsədi region gəncləri arasında hüquqi biliklərin artırılması, Konstitusiya dəyərlərinin və ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















