Icma.az
close
up
RU
Hüquqşünas: Vərəsəlik institutu qanunvericilikdə kifayət qədər böyük həcmə malik olan hissəni tutur

Hüquqşünas: Vərəsəlik institutu qanunvericilikdə kifayət qədər böyük həcmə malik olan hissəni tutur

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bir insan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsəsinə keçir. Lakin təcrübə göstərir ki, miras məsələsi bir çox ailələrdə anlaşılmazlıq və mübahisələrə səbəb olur. Mülki qanunvericiliyə görə, vərəsəlik iki formada yaranır: Vəsiyyət üzrə və qanun üzrə. Əgər mərhum vəsiyyət tərtib etməyibsə, miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür.

Birinci növbədə övladlar, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə edirlər. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı olmur. Birinci növbə olmadıqda, ikinci növbədə olan qardaş-bacılar, nənə-babalar və onların övladları miras hüququ qazanırlar.

Rəsmi nikah olmadan birlikdə yaşayan şəxslərin miras hüququ varmı?Əgər mərhum vəsiyyət yazmayıbsa, miras kimlərə və hansı qayda ilə bölünür?Vərəsəliyin rəsmiləşdirilməsi üçün hansı sənədlər və müddətlər tələb olunur?Uşaqların miras hüquqları necə qorunur?Mirasdan imtina etmək mümkündürmü və bu zaman proses necə aparılır?Mirasda pay almaq üçün ailə üzvlərinin hər biri eyni hüquqa sahibdirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas Ruslan Mustafayev bildirib ki, son dövrlərdə vərəsəlik məsələləri ilə bağlı kifayət qədər çoxlu mübahisələr var: “Olduqca maraqlı və aktual sualdır. Ümumiyyətlə son zamanlarda bizə edilən müraciətlərin əksəriyyəti əsasən, həmçinin məhkəmədə olan mübahisələrin statistikasını araşdırdığımız təqdirdə müəyyən edə bilərik ki, son dövrlərdə vərəsəlik məsələləri ilə bağlı kifayət qədər çoxlu mübahisələr var. Vərəsəlik institutu qanunvericilikdə kifayət qədər böyük həcmə malik olan hissəni tutur. Mütəmadi olaraq yenilikər, qanunvericilikdə dəyişikliklərə məruz qalan bir hissədir. Vərəsəliyin qəbul edilməsinin 2 forması var:

Vəsiyyətnamə üzrə vərəsəlikQanun üzrə vərəsəlik

Qanun üzrə vərəsəlikdə növbəli əsasları qanunvericilkdə nəzərdə tutulmuşdur. 1 - ci dərəcəli vərəsələr, 2- ci dərəcəli vərəsələr və 3-cü dərəcəli vərəsələr və s. 1-ci dərəcəli vərəsələri vurğulamaq istərdim - bunlar valideynlər, rəsmi nikahda olan həyat yoldaşı və şəxsin övladları. Qardaş -bacı artıq 2 - ci növbəli vərəsələrdi. Hal-hazırda kifayət qədər çoxlu mübahisələr məhz vəsiyyətnamə ilə bağlı olan mirasın qəbulu hissəsində yaranan problemlərə dairdir. Burda problemlər nədən yaranır? İlkin olaraq bildirmək istəyirəm ki, əmlak sahibi öz vərəsələrindən məhz birinə öz əmlakını vəsiyyət edən zaman düşünür ki, digər vərəsələri artıq həmin paydan heç bir pay almayacaqlar. Amma belə deyil. Həm əmlakın sahibi, yəni vəsiyyətnamə tərtib edən şəxs, həmçinin də vərəsələr bilməlidir ki, vəsiyyətnamə qoyulmuş, tərtib edilmiş təqdirdə belə digər vərəsələr belə məcburi pay almaq hüququna malikdirlər. Bu hansı formada tənzimlənir? Fərz edək ki, ata özünəməxsus əmlakı həyat yoldaşına vəsiyyətnamə ilə vəsiyyət edir, amma onun iki övladı da vərəsədirlər. Şəxs rəhmətə gedəndən sonra vəsiyyət etdiyi müəyyən olunur və vəsiyyətnamə ilə həyat yoldaşına bütün əmlakı vəsiyyət edildiyi müəyyən edilir. Belə olan təqdirdə digər övladlar qanunvericiliyə uyğun olaraq həmin əmlakdan pay almaq qanunvericilikdə nəzərdə tutulmuş məcburi pay hüququna malikdirlər.

Bu zaman aylar necə təyin edilir? Əgər vəsiyyətnamə olmasaydı həmin miras vərəsələrin sayına uyğun olaraq 3 yerə bölünəcəkdi. Yəni hər bir vərəsə 3/1 hissədə pay əldə edəcəkdilər. Amma vəsiyyətnamə olduğu üçün və vəsiyyətnaməyə əsasən yalnız vərəsələrdən birinə bütün əmlak vəsiyyət edildiyi üçün qanunvericiliyə uyğun olaraq digər vərəsələr normalda onlara düşməli olan payın yəni vəsiyyətnamə olmadığı təqdirdə almalı olduqları payın tam yarısını məcburi pay kimi almaq hüququna malikdirlər və bu hissədə hal-hazırda məhkəmənin icraatında çoxlu mübahisələr var.

Digər mübahisələrin bir qismi də məhz nikahda olmayan, amma faktiki nikah münasibətində olan xanımların, yaxud bəylərin mirasla bağlı qaldırdıqları mirasla bağlıdır. Qannunvericilikdə təəssüflər olsun ki, rəsmi nikah olmadığı təqdirdə şəxs digər faktiki nikah münasibətlərində olduğu şəxsin vərəsəsi hesab edilmir. Amma həmin nikahdan, yəni faktiki nikahdan həmin münasibətlərdən doğulmuş övladlar əgər tərəf həmin övladı öz övladı kimi tanımışdırsa, atalıq hüququ, analıq hüququ verilmişdirsə, belə olan təqdirdə rəsmi nikahın olmamısına rəğmən həmin münasibətlərdən doğulmuş övladlar miras əmlak qoyan şəxsin vərəsələri hesab edilirlər.

Mübahisələrin bir hissəsi də mentalitetdən gələn yanaşmalara və düşüncələrə görə yaranır. El arasında hər zaman övladlar arasında yaşda kiçik olanın daha çox pay almağı, hər hansı əmlakın onun adına keçməsi məsələləri hər zaman gündəmdə olub. Vətəndaşlar hesab edirdilər ki, evin kiçiyi həmin evə iddia etmək hüququna malikdir. Bir sözlə ev evin kiçiyinə qalmalıdır. Bəzi regionlarda isə əksinə ata yurdunun evin böyük övladına qalması ilə bağlı bir adət-ənənələr olmuşdur. Amma qanunvericilikdə eyni növbəliyə daxil olan vərəsələr arasında – 1 -ci növbəliyə daxil olan vərəsələr arasında heç bir fərq qoyulmur. Paylar eyni bölünür. Əgər əvvəl qeyd etdiyim kimi miras qoymuş şəxsin 3 vərəsəsi - həyat yoldaşı və iki övladı varsa, əmlak eyni paylara uyğun olaraq vərəsələr arasında bölünməlidir. Beş vərəsə olduğu təqdirdə hər vərəsəyə bir pay olmaqla 5/1 hissədə vərəsələr arasında bölünməlidir. Yəni qanunvericilikdə vərəsələrin 1-ci övlad, sonuncu övlad, yaxud həyat yoldaşı olmasına görə daha üstün pay almasına dair heç bir göstəriş yoxdur. Bütün vərəsələr eyni hüquqa malikdirlər”.

Hüquqşünas qeyd edib ki, mirasdan imtina etmək mümkündür: “Miras payı almaqdan imtina etmək mümkündür. Vərəsə vəsiyyətnamə üzrə, digər vərəsələrdən birinin və yaxud ümumiyyətlə hamısın xeyrinə özünə çatmalı olan paydan imtina etmək hüququna malikdir. Qanunvericilik belə bir imkan yaratmışdır və vətəndaşlar bir çox hallarda bu hüquqdan istifadə edərək öz aralarında olan şifahi razılaşmanın, yaxud şifahi əmlak qoyan şəxsin şifahi vəsiyyətinə uyğun davranaraq vərəsələrdən birinin xeyrinə öz paylarından imtina edirlər. Miras qalmış əmlaka olan paydan imtina etmək qanunvericilikdə nəzərdə tutulmuşdur və vətəndaşlarımız bu hüquqdan kifayət qədər çox hallarda yaralanır və istifadə edirlər. Uşaqların miras hüquqları ümumiyyətlə qanunvericilikdə təsbit olunmuşdur. Miras əmlak qoyan şəxsin övladları birinci növbəli vərəsələrdir. Artıq 18 yaşı tamam olmuş şəxslərlə eyni hüquqlara malikdirlər”.

Ruslan Mustafayev bildirib ki, müddətlərlə bağlı qanunvericilikdə 2024-cü ildə nəzərdə tutulmuş müddətlər tətbiq olunurdu: “Bu müddətlər nədir? Miras əmlak qoyan şəxs rəhmətə getdikdən 2 ay müddətində onun vərəsələri müvafiq ərazi üzrə notariat kontroluna müraciət etməli və vərəsəlik işi açmalı idilər. Notariat kontoru 6 ay həmin vərəsəlik işi ilə açıq saxlayırdı ki, notariat kontoruna məlum olmayan digər vərəsələrin də həmin müddətdə müraciət etmək və özlərinə pay almaq hüquqlarından yaralanmaq imkanı mümkün olsun. 6 ay müddəti bitdikdən sonra artıq həmin dövrdə müraciət etmiş vərəsələrə vərəsəlik şəhadətnaməsi verilir. 2024-cü ildə Azərbaycan Respublikasını Ali Məhkəməsi Plenumu məhz bu hissədə aydınlıq gətirilməsi üçün qərarı oldu və həmin qərara əsasən müddətlər məsələsinə son qoyuldu. Əvvəllər obyektiv və subyektiv səbəblərdən vaxtında notariat kontoruna müraciət edə bilməyən şəxsin hüquqları pozulurdu. Belə ki, o, bu müddət ötdükdən sonra notariat kontoruna müraciət etdikdə vərəsəlik işinin açılması üçün, yaxud onun da payının tanınması üçün vərəsəlik şəhadətnamənin verilməsi üçün müraciət etdikdə notariat kontoru ona müddətlərə əsaslanaraq imtina verirdi. Amma hal-hazırda qaydalarda dəyişikliklər baş vermişdir. Əgər notariat kontoru müəyyən etsə ki, rəhmətə getmiş şəxsin 4 vərəsəsi var, amma vərəsəlik işinin açılması üçün və ya vərəsəlik işi açıq olduğu müddətdə yalnız onlardan 3-ü müraciət etmişdir. Belə olsa da, digər vərəsənin hüquqlarını tanıyır və ona düşməli olan payı açıq pay kimi saxlayır. Amma əvvəllər belə olmurdu, həmin şəxs müraciət etmirdirsə, artıq onun sonradan pay almaq hüquqları kifayət qədər çətinləşirdi. Bu səbəbdən artıq müddətlərlə bağlı məsələlərə düşünürəm ki, son qoyulub, müəyyən obyektiv və subyektiv səbəblərdən vaxtında mürəciət etməyən vərəsələrin belə hüquqları tanınır, qorunur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri