Icma.az
close
up
RU
Hürkuş ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Hürkuş ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən biri olan Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Dəmiroğlu Oxu.az-ın suallarını cavablandırarkən deyib.

- TUSAŞ dünya sənaye şirkətləri arasında mövcud rəqabət sahəsində hazırda hansı mövqedədir?

- TUSAŞ 53 illik mühəndislik sahəsi üzrə fəaliyyəti ilə dizayndan istehsala, sınaqdan sertifikatlaşdırmaya qədər geniş təcrübəyə, müxtəlif məhsul qruplarında bir çox platformanı eyni vaxtda tətbiq edə bilən qlobal unikal bir mövqeyə malikdir. Daha əvvəl qeyd etdiyim kimi, dünyada buna bənzər başqa bir müdafiə sənayesi şirkəti yoxdur. Müxtəlif məhsul qrupları arasında bilik və təcrübənin ötürülməsi TUSAŞ-ə qlobal rəqabətdə üstünlüklər qazandırır. Nəyisə sıfırdan kəşf edərək istehsal etmək başqa, qazanılmış təcrübə və biliklərə əsaslanaraq yola çıxmaq tamam başqadır. Əminliklə deyə bilərəm ki, yeni bir platforma yaradarkən belə başlanğıc nöqtəsində deyilik.

Bu gün gəldiyimiz nöqtədə olan KAAN milli döyüş təyyarəmiz, "HÜRJET" reaktiv təlim təyyarəmiz, "HÜRKUŞ" yeni nəsil təlim təyyarəmiz, "T625 GÖKBEY" ümumi məqsədli helikopterimiz, "T129 ATAK" yüngül sinif hücum helikopterimiz və "ANKA", "AKSUNGUR" və "ANKA 3" PUA-larımız (pilotsuz uçuş aparatları - dron) hamısı TUSAŞ tərəfindən dizayn olunmuş istehsal edilmiş unikal layihələrdir.

Bunlar Türkiyəni beynəlxalq aləmdə "Game Changer" ("Oyun dəyişdiricisi") kimi bir mövqeyə gətirib.

Həmçinin "Boeing", "Airbus" və "Sikorsky" kimi dünyanın ən vacib aviasiya şirkətləri üçün istehsal etdiyimiz hissələrlə mülki aviasiya sahəsində də yer alırıq. Yəni "Defence News Top 100" reytinqində dünyanın 47-ci müdafiə sənayesi şirkəti olmağımız təsadüfi deyil.

- TUSAŞ hazırda hansı dövlətlərlə əməkdaşlıq edir və neçə ölkəyə satış həyata keçirir?

- Müdafiə Sənayesi Rəyasət Heyətimiz tərəfindən dərc edilmiş məlumatlara görə, sektorumuzun 2025-ci ildə əldə etdiyi 10 milyard dollardan çox ixrac gəlirinin 1 milyard dollarından çoxu şirkətimizə məxsusdur. Bu gün 16 fərqli ölkə ilə 23 ixrac müqaviləmiz var. Türkiyə Respublikası tarixinin rekord ixrac müqaviləsi kimi tarixə düşən İndoneziyaya 48 ədəd "KAAN" təyyarəsinin ixracı üçün imzaladığımız razılaşma və unikal məhsullarımız üçün Avropa bazarına qapı açacaq "HÜRJET" təyyarəmizlə bağlı İspaniya ilə anlaşma da hazırda gündəmdə olanlardandır. Mövcud ixracatımıza əlavə olaraq, "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsinə çatmışıq.

- İkinci Qarabağ müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər ən yüksək səviyyəyə çatdı. Əlbəttə ki, bu, müdafiə sənayesi də daxil olmaqla bütün sahələrə təsir göstərdi. Bu kontekstdə Azərbaycanla birgə həyata keçirilən layihələr varmı?

- İkinci Qarabağ Zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsi tarixi birliyimizi müttəfiqlik səviyyəsinə qaldırmaqla, müdafiə sənayesində birgə istehsal, texnologiya paylaşımı, təlim və koordinasiya mexanizmlərini institusional təməl üzərində qurmaq baxımından bizim üçün çox vacibdir.

Konkret olaraq TUSAŞ-dan danışsaq, "Şimşek" sistemi ilə başlayan əməkdaşlığımızı "Su-25" təyyarələrinin modernləşdirilməsi layihəsi ilə davam etdirmişik. Bu layihənin birinci mərhələsini uğurla başa vurduq və ikinci mərhələyə keçdik. "HÜRKUŞ" ixracı ilə bağlı müqavilə danışıqlarında da, qeyd etdiyim kimi, son mərhələdəyik. İnşallah, yaxın gələcəkdə "HÜRKUŞ"umuzun Azərbaycan səmasında uçacağı günləri birlikdə görəcəyik. STP ilə əməkdaşlığımız çərçivəsində "KAAN" və "HÜRKUŞ"un bir neçə hissəsi qardaş ölkədə istehsal olunub. Hazırda "HÜRKUŞ"un bəzi struktur hissələrinin bu şirkətdə istehsalı davam edir. "Su-25"in modernləşdirilməsi prosesində də transferi nəzərdən keçirilən paket layihələrimiz var. Bunlarla yanaşı, Azərbaycanda daha bir şirkətimiz var. Əlaqələrimizi, yaxın münasibətlərimizi möhkəmləndirmək məqsədilə 2024-cü ildə bu şirkəti qurduq. Həmçinin universitet-sənaye əməkdaşlıq layihələrimiz də bizim üçün çox vacibdir. Azərbaycan ali məktəblərindən məzun olan mühəndislərimizə şirkətimizdə iş imkanları təqdim edirik. Azərbaycan Texniki Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası ilə imzaladığımız protokollar çərçivəsində şirkətimizdə həyata keçirilən Mühəndislik İnkişaf Proqramları vasitəsilə mütəxəssislərə təlim veririk.

Türk Aerokosmik Sənayesi (TUSAŞ) olaraq, "Turkish Aerospace Azerbaijan" şirkətimiz vasitəsilə Azərbaycanda aviasiya istehsal imkanlarının inkişafına töhfə verməyi hədəfləyirik. Bu kontekstdə yerli şirkətlərlə işləyərək, unikal platformalarımızın bəzi hissələrinin istehsalını Azərbaycandakı şirkətlər tərəfindən həyata keçiririk. Eyni zamanda, bu şirkətlərin AS9100 standartı başda olmaqla, aviasiyada istifadə edilən keyfiyyət idarəetmə sistemlərinə, mühəndislik fəaliyyətlərinə, sertifikatlaşdırma proseslərinə və istehsal intizamlarına uyğunlaşması üçün lazımi infrastruktur və proseslərin yaradılmasına dəstək veririk.

Bütün bunlar qardaş ölkəmizlə ortaq gələcəyimizi birlikdə inşa etməyə istiqamətlənmiş TUSAŞ olaraq atdığımız addımlardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Mart 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri