Husilər Təl Əvivə zərbə endirdiklərini iddia edirlər
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmənin pilotsuz sistem qüvvələri pilotsuz uçan aparatlardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində İsrailin mühüm obyekti (Təl-Əviv) hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altındakı Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb”, - o, “Əl Masirah” telekanalına bildirib.
Qeyd edək ki, bundan əvvəl husilər İsrailin Nevatim bazasına “hipersonik ballistik raket” atdıqlarını açıqlamışdılar.
İsrail Müdafiə Qüvvələri də öz növbəsində Yəməndən atılan raketin havada zərərsizləşdirildiyini bəyan edib. Bundan əlavə, ordunun mətbuat xidməti İsrail hərbçilərinin şərq tərəfdən İsrail ərazisinə yaxınlaşan pilotsuz uçan aparatın qarşısını aldığını bildirib. İsrail ordusunun məlumatına görə, raket və pilotsuz təyyarə ölkənin hava məkanından kənarda məhv edilib.
Bu mövzuda digər xəbərlər:Husilər Təl Əvivə hipersəs raket zərbəsi endirdiklərini açıqlayıb
13 Sentyabr 2025 10:12
Husilər Təl Əvivə raket hücumu etdiklərini açıqlayıb
17 Avqust 2025 23:47
Husilər Təl Əvivə ballistik raketlərlə hücum etdi
13 Sentyabr 2025 11:12
Husilər Təl Əvivə hipersəs raket zərbəsi endirib
13 Sentyabr 2025 17:10
Təl Əvivə uçuşları dayandırdılar
04 İyun 2025 21:32
Baxış sayı:79
Bu xəbər 26 Aprel 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















