I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunun iştirakçıları MEK in fəaliyyəti ilə tanış olublar
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunun iştirakçıları AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Simpozium iştirakçılarının diqqətinə bu il AMEA-nın 80, MEK-in isə 100 illik yubileylərinin qeyd olunduğu çatdırılıb. Qonaqlar AMEA alimlərinin son illərdə elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.
Ziyarətçilər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən kitablardan ibarət guşələr, Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən monoqrafiyalar, elmi jurnallar və digər qiymətli nəşrlər, eləcə də AMEA-nın təsisçilərinin büstləri və fondlarla yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















