Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

I Konqres uğurla başa çatdı

I Konqres uğurla başa çatdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Türk Dövlətləri Nefrologiya Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresi” uğurla başa çatıb. 

“Cebheinfo.az” xəbər verir ki, konqresin əsas məqsədi daxili xəstəliklər və nefrologiya sahəsində son elmi yeniliklərin müzakirəsi, qabaqcıl klinik təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. 

Tədbirdə ölkənin tanınmış tibb mütəxəssisləri, türk dövlətlərinin baş nefroloqları, tanınmış professor və elm xadimləri ilə yanaşı, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri, Avropa Böyrək Assosiasiyasının yeni dövr üzrə rəhbəri həmçinin ABŞ və Yaponiyadan dəvət olunmuş nüfuzlu mütəxəssislər iştirak ediblər. 

Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov, Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Qliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri Prof.Dr. Fredrik Von Vovern, nefrologiya sahəsində tanınmış türkiyəli professor Mehmet Şükrü Sever və professor Südeyf İmamverdiyev çıxış ediblər. 

Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov çıxış edərək tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, belə beynəlxalq miqyaslı konqreslər təkcə elmi biliklərin paylaşılması ilə məhdudlaşmır, eyni zamanda müxtəlif ölkələrdən olan mütəxəssislər arasında peşəkar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və səhiyyə sahəsində vahid yanaşmaların formalaşmasına mühüm töhfə verir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Qliyev çıxışında səhiyyə sistemində keyfiyyət standartlarının yüksəldilməsi və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdıraraq, belə elmi platformaların bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib. 

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında tibbi xidmətlərin təşkili, müasir yanaşmaların tətbiqi və pasiyent məmnuniyyətinin artırılması istiqamətində aparılan işləri vurğulayıb. 

Prof. Dr. Fredrik Von Vovern çıxışında beynəlxalq təcrübənin paylaşılmasının əhəmiyyətini qeyd edərək, qlobal səhiyyə çağırışlarına qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb. 

Professor Mehmet Şükrü Sever çıxışında böyrək xəstəliklərinin müasir müalicə üsulları və bu sahədə regional əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. 

Professor Südeyf İmamverdiyev isə çıxışında elmi yeniliklərin praktik səhiyyəyə inteqrasiyasının vacibliyini vurğulayaraq, belə konqreslərin mütəxəssislər arasında bilik mübadiləsinə mühüm töhfə verdiyini qeyd edib. 

Tədbir çərçivəsində müxtəlif ixtisas sahələrini əhatə edən paralel sessiyalar təşkil olunub. Elmi proqram ürək-damar xəstəliklərindən metabolik pozuntulara, revmatoloji və infeksion xəstəliklərdən endokrinoloji problemlərə qədər geniş mövzuları əhatə edib. 

Eyni zamanda nefrologiya istiqamətində böyrək xəstəliklərinin müasir müalicə yanaşmaları, dializ və transplantasiya imkanları, genetik testlər və innovativ texnologiyalar üzrə müzakirələr aparılıb. 

Konqres çərçivəsində ürək çatışmazlığı, aritmiyalar və kardiovaskulyar risklərin idarə olunması, diabet və onun ağırlaşmalarına müasir yanaşmalar, iltihabi və autoimmun xəstəliklər, tənəffüs sistemi və infeksion xəstəliklər, eləcə də süni intellektin tibbdə tətbiqi kimi aktual mövzular üzrə müzakirələr keçirilib. 

Tədbir həmçinin gənc həkimlər və rezidentlər üçün təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən sessiyalar müasir tibbi biliklərin praktik səhiyyəyə tətbiqinə əhəmiyyətli töhfə verib.

Eyni zamanda konqresin yekununda həkim-rezidentlər arasında “Gənc nefroloqlar: 

çətin klinik halların təqdimatı” adlı müsabiqə keçirilib. Müsabiqə çərçivəsində iştirakçılar mürəkkəb klinik halları təqdim edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. 

Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib və nəticədə qalib müəyyən olunub. Qaliblər münsiflər heyəti tərəfindən mükafatlandırılaraq təltif ediliblər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri