I Türkoloji qurultayın ideoloji fəlsəfi aspektləri və çağdaş türk dünyası” mövzusunda ümuminstitut seminarı keçirilİb
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sentyabrın 29-da Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, f.ü.f.d., dosent Faiq Ələkbərlinin “I Türkoloji qurultayın ideoloji-fəlsəfi aspektləri və çağdaş türk dünyası” mövzusunda ümuminstitut seminarı keçirildi. Seminarın moderatoru f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra sözü əsas məruzəçi Faiq Ələkbərliyə verib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-ci Türkoloji Qurultayın 90- illik yubileyi ilə bağlı sərancamında qurultayın tarixi əhəmiyyəti qeyd olunarkən belə bir məsələ xüsusi vurğulanır: “Türkoloji qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, lakin qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır”- deyərək bildirib. Türkoloji qurultayda müzakirə olunan əsas məsələlərdən biri də milli terminologiya məsələsi, daha doğrusu milli dilin təkmilləşdirilməsi olmuşdur. Alim çıxışında bir xalqın dil sütunu, fəlsəfəsi, mədəniyyəti onun əlifbasıdır deyərək vurğulayıb.
Sonra seminarda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d. professor İlham Məmmədzadə Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşdüyünü vurğulayaraq milli ideoloji baxımdan əhəmiyyətini təhlil edərək seminar iştirakçılarına məlumat verib.
Seminarın sonunda fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov, f.e.d., prof. Rəbiyyət Aslanova, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Zaur Rəşidov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Baxış sayı:68
Bu xəbər 01 Oktyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















