Icma.az
close
up
RU
I və II Liqalarda klub sayı və maaşlar artacaq AFFA nın qərarını dəstəklədi

I və II Liqalarda klub sayı və maaşlar artacaq AFFA nın qərarını dəstəklədi

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 3-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib və toplantıda bir sıra vacib qərarlar qəbul olunub.

Sportal.az xəbər verir ki, ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümdən etibarən Premyer Liqada legioner limitinin ləğv olunması ilə bağlıdır.

Bu dəyişiklik perspektivdə Azərbaycan futbolunun inkişafına hansı formada təsir göstərəcək?

"QOLAT Sport Services və Futbol Agentliyi"nin direktoru, FIFA agenti Səid Bağırov Sportinfo.az-a açıqlamasında qeyd edib ki, İcraiyyə Komitəsinin aldığı yeni qərarlar ictimaiyyətə elan edildikdən sonra birmənalı qarşılanmayıb. Amma legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış bir addımdır:

"Futbolda legioner limitinin ləğvi bir çox ölkənin keçdiyi yoldur. Məhz elə onlarda da bu prosesə asan keçid olmayıb. Əlbəttə ki, qərar ölkəmizdə də müəyyən kütlə tərəfindən müzakirə mövzusu oldu və bu, indi də davam edir. Bizə görə, məlum qərardan sonra insanlarda və ya hazırkı oyunçuların ağlında əsas sual budur - Karyeramız necə olacaq? Və ya azərbaycanlı futbolçular harada oynayacaq?

Yəni ki, məsələ bir az da psixolojidir. Düşünürlər ki, legionerlərə görə onlar mövqelərini itirmiş olacaqlar. Bacarığına inanan oyunçular bunu problem kimi görməməlidirlər, əksinə, rəqabətə girməlidirlər. Yəqin ki, alınan qərarların dərinliyində "rəqabət ruhu"nun artırılması, yerli futbolçularımızın öz üzərində daha çox işləməsi kimi məqamları da nəzərdə tutublar".

Səid Bağırov əlavə edib ki, qərarın texniki tərəfləri daha maraqlıdır. Məsələn, öncə Premyer Liqada klubların sayının 10-dan 12-yə qaldırılması çempionata marağı daha da artıracaq, futbolçuların yüksək liqa klublarında çıxışına imkan yaradacaq. Belə olduğu halda, I vəII Liqalarda da klubların sayı artmalıdır. Hətta legioner limitinin ləğvi bu liqalarda oyunçu maaşlarına da müsbət təsir etməlidir. Çünki çempionatın baxılma səviyyəsi artdıqca, gəlirlər çoxalır, bu isə birbaşa oyunçu maaşlarına da yaxın gələcəkdə müsbət təsir göstərməlidir".

FIFA agenti bildirib ki, əslində, legioner limitinin ləğvi teorik olaraq qərara alınsa da, praktiki tətbiqi heç də asan görünmür. Yəni, bu o demək deyil ki, bütün klublar ancaq əcnəbi oyunçu transfer edəcəklər. Hər bir legioner üçün tətbiq edilən yeni rüsumlar bu formada düşünməyə imkan yaradır.

Əvvəl legioner oyunçulara görə rüsum hər bir oyunçu üçün 5 min manat idi. 12-ci oyunçudan sonra hər biri üçün əlavə 50 min manat ödənilirdi. Əgər oyunçu öz ölkəsinin millisində oynayırdısa, 5 min manatlıq rüsumdan azad olunurdu. Ancaq indi millidə forma geyinsə belə, klub onun üçün rüsum ödəməli olacaq: "Artıq milli komanda oyunçusu üstünlüyü ləğv olunub. Əlavə olaraq, rüsumlar oyunçu sayına görə tənzimlənib. Belə ki, 1 legionerdən 7 legionerə qədər 5 min manat, 8-dən 12-yə qədər 10 min manat, 13-dən 15-ə qədər 100 min manat, 16 və daha çox oyunçu üçün 200 min manat ödənilməlidir. Bu rüsumlar nəzərə alınıb tətbiq edilərsə, AFFA 11 legioner oynatmağa icazə verir. Ancaq klub bundan artıq transfer etmək istəsə, 110 min manat rüsum ödəməlidir.

İştirak ərizəsinə 17 legioner salmağa da icazə verilir, lakin bu transferləri etmək üçün ümumilikdə 785 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz, demək olar ki, yoxdur. Maliyyə imkanı daha böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlana biləcəyini, imkanı daha zəif olan klublarımız elə 1-7 say limitindən yararlanacağını düşünürlər.

"Bu, yerli futbolçularımızı "nə də olsa, limitə görə məcbur qalıb, bizi də oynadacaqlar" düşüncəsindən, arxayınlığından çıxaracaq. Artıq heyətə düşmək üçün daha çox çalışacaq, mübarizə aparacaqlar.

Bu da öz növbəsində millinin inkişafına yol açacaq. Hansı ki, son vaxtlar alınan nəticələr heç də ürəkaçan deyil. Yuxarıda da qeyd etdiyim kimi, legioner limitinin ləğvini biz bir çox ölkə, eləcə də qardaş Türkiyənin təcrübəsində də görmüşük. Son illər Türkiyə millisində oynayan bir çox futbolçu legioner limiti qaldırılan vaxtda Avropa ölkələrində müxtəlif klublarda forma geyinirdilər. Yerli klublarda oynayan oyunçuların da inkişafı göz qabağındadır.

Onlar da öz klublarında heyətə düşmək üçün daha çox çalışırlar. Hətta biz onu da təxmin edirik ki, klublarımız öz yerli oyunçularımızın da xarici klublara satışında və ya icarəsində maraqlı olacaqlar. Başqa sözlə desək, onların çıxışına bu dəfə özləri də cəhd edəcəklər".

"QOLAT Sport Services və Futbol Agentliyi"nin hazırda 20-dən çox yerli oyunçu ilə hüquqi olaraq təmsilçilik müqavilə imzaladığını qeyd edən FIFA agenti bildirib ki, futbolçular bu qərarı gördükdə müəyyən məyusluq keçiriblər: "Lakin inkişaf üçün fərqli mühitləri görmək lazımdır. İstənilən işdə komfort zona var, biz həmin zonanı tərk etdikdə güclənirik.

Məhz biz agentlik olaraq oyunçularımızla psixoloji söhbətləri mütəmadi təşkil edərək, bu məsələləri onlara başa salırıq.

Futbol agentliyi olaraq onu düşünürük ki, alınan son qərarlar Azərbaycan futbolunun inkişafına bir təkan verəcək. Dəyərli futbolçularımız özlərinə inansınlar və daha çox cəhdlər etsinlər, alınacaq!".

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Fevral 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri