Icma.az
close
up
RU
İbrahim Tatlısəsdən qızı ilə bağlı qalmaqala ilk REAKSİYA: Bəs məni qəbul etmirdi?

İbrahim Tatlısəsdən qızı ilə bağlı qalmaqala ilk REAKSİYA: Bəs məni qəbul etmirdi?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Daha əvvəl təyyarə səfərlərində yaşadığı gərgin anlarla gündəmə gələn məşhur xalq müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak bu dəfə turizm bölgəsi Bodrumda baş verən hadisə ilə medianın diqqətini cəlb edib.

Turkustan.az xəbər verir ki, iddialara görə, Çıtak "STOP" xəbərdarlığına məhəl qoymayaraq avtomobilini polis əməkdaşının üzərinə sürüb. Hadisə, onun yük avtomobilini qəza zolağında idarə etdiyi zaman baş verib. Polis əməkdaşı tərəfindən saxlanılan Çıtakdan sürücülük vəsiqəsi və avtomobil qeydiyyatı tələb edilib. Ancaq o, avtomobili hərəkətə gətirib və polisin dayanmaya dair xəbərdarlıqlarına məhəl qoymayıb.

Polis əməkdaşlarının iddiasına görə, Çıtak avtomobili onların üzərinə sürüb. Bunun üzərinə polis havaya iki xəbərdarlıq atəşi açaraq avtomobili yolun ortasında saxlamağa məcbur edib.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Bir müddət sonra Dilan Çıtak avtomobilindən düşərək yaxınlıqda dayanan, kimə məxsus olduğu bilinməyən başqa bir avtomobilə əyləşib. Qısa müddət sonra isə yenidən öz maşınına qayıdaraq qapıları kilidləyib.

Polis əməkdaşları ona təkrar xəbərdarlıq edərək avtomobildən çıxmasını tələb edib. Bir müddət sonra qapını açan Çıtak nəzarətə götürülüb. Saxlanma zamanı o, “İbrahim Tatlısəsin qızıyam” və “Məşhur olduğum üçün mənə bunu edirsiniz” kimi ifadələr işlədib – bu da sosial mediada sərt tənqidlərə səbəb olub.

Daha sonra polis bölməsindəki əməliyyatlar tamamlandıqdan sonra Çıtak ədliyyəyə göndərilib. Prokurorluqda ifadə verən Dilan Çıtak barəsində “növbətçi polis əməkdaşının vəzifəsini yerinə yetirməsinə mane olmaq” və “polisi təhqir və hədələmək” maddələri ilə həbs tələbi irəli sürülüb. Lakin məhkəmə onun şərti olaraq azadlığa buraxılmasına qərar verib.

Hadisə ilə bağlı İbrahim Tatlısəsə “qızınızın sizi hadisə zamanı ad çəkərək xatırlatması” sualı ünvanlandıqda sənətçi əli ilə ağzını bağlamaq hərəkəti edərək belə cavab verib: “Məni qəbul etmədiyini düşünürdüm. İndi nə oldu? Onsuz da deyiləcək çox söz var…”

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri