Icma.az
close
up
RU
İcbari tibbi sığorta sistemi necə təşkil olunmalıdır?

İcbari tibbi sığorta sistemi necə təşkil olunmalıdır?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri çərçivəsində səhiyyə sektorunda bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları aşkarlanıb.

Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.Sənədə əsasən, aparılan yoxlamalar zamanı İcbari Tibbi Sığorta Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin bəzi hallarda düzgün əks etdirilmədiyi müəyyən edilib.

Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair xərclərin və öhdəliklərin düzgün tanınmaması Milli Məclisə təqdim edilən büdcə icrası hesabatlarında təhriflərə səbəb olub.

Auditin nəticələrinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyələşmə mexanizmi də sığorta prinsiplərinə tam uyğun qurulmayıb. Mövcud sistemin əsasən saxlanma xərclərinə yönəldiyi qeyd olunur.

Eyni zamanda, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik göstəricilərlə uyğun gəlmədiyi, bəzi hallarda eyni kateqoriyadan olan şəxslərin bir neçə mənbə hesabına sığortalanmasının nəzərdə tutulduğu aşkarlanıb.

Bu isə dövlət büdcəsinə əlavə maliyyə yükü yaradaraq İTSF-in qalıq vəsaitlərinin artmasına səbəb olub.

Hesabatda həmçinin qeyd edilir ki, idarəetmə xərcləri ilə bağlı hüquqi çərçivənin tam formalaşmaması, bu xərclərin yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif xərc istiqamətlərində parçalanaraq göstərilməsi inzibati xərclərin artımına gətirib çıxarıb. TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayının çoxalması da bu tendensiyanı gücləndirib.

Audit zamanı müəyyən edilib ki, adambaşına düşən icbari tibbi sığorta haqqının tərkibinə daxil edilən xərclər hər hansı hüquqi və ya metodoloji sənədlə əsaslandırılmayıb.Bununla yanaşı, sığorta haqqı, sığorta məbləği və tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi üzrə aydın və əsaslandırılmış mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə xərclər arasında uyğunsuzluq riskləri yaradır.

Bundan başqa, dövlət proqramları çərçivəsində həyata keçirilən satınalmalarda ehtiyac və tələbat göstəricilərinin düzgün müəyyən edilmədiyi, bəzi hallarda alınmış tibbi məhsulların ehtiyac sahiblərinə çatdırılmadığı qeyd olunub. Bu isə səhiyyə xidmətlərinə əlçatanlığın məhdudlaşmasına səbəb olub.

İcbari tibbi sığortanın təşkili və maliyyələşdirilməsi sistemi effektiv şəkildə necə qurula bilər?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın effektiv işləməsi üçün yalnız maliyyə deyil, həm də düzgün idarəetmə və xidmət planlaması eyni dərəcədə vacibdir:

"İcbari tibbi sığortanın təşkili məsələsində iki mühüm istiqamət ön plana çıxır. Bunlardan biri işin təşkilidir. Bu istiqamətə “rendevu” (onlayn növbə) sisteminin qurulması, göstərilən xidmətlərin hesablanması, ilkin olaraq əhalinin daimi ehtiyac duyduğu xidmətlərin - doğuşun, təxirəsalınmaz tibbi yardımın önə çəkilməsi və bu xidmətlərin formalaşdırılması daxildir. Eyni zamanda, həkimlərin maaş sisteminin qurulması da bu təşkilati məsələlərin tərkib hissəsidir.

Digər əsas istiqamət isə maliyyələşdirmədir. İcbari tibbi sığortanın maliyyələşdirilməsi müxtəlif mənbələr - dövlət, vətəndaşlar, fondlar, əmək birjaları və digər mənbələr hesabına həyata keçirilir. 

Bu mənbələrdən daxil olan vəsaitlər əsasında sistem fəaliyyət göstərir".

Onun sözlərinə görə, icbari tibbi sığortanın planlaşdırılması adambaşına deyil, xəstələnmə sayına uyğun aparılmalıdır:

"Belə ki, əvvəlki illərin xəstələnmə göstəriciləri ayrı-ayrı nozoloji vahidlər üzrə təhlil edilməli, xəstəliklərin ağırlaşmaları, bu zaman ortaya çıxan zəruri müayinələr və onların sayı nəzərə alınmalıdır. Bu məlumatlar əsasında yeni statistik sistem qurulmalı və sistem məhz bu prinsiplərlə fəaliyyət göstərməlidir.

Təəssüf ki, bu yanaşma tətbiq edilmədi. Əksinə, TƏBİB-in əsas fəaliyyəti Səhiyyə Nazirliyi ilə rəqabət şəraitində formalaşdı. Nəticədə iki icra qurumu arasında ziddiyyətlər yarandı və bu da işin effektivliyinə mənfi təsir göstərdi".

O bildirib ki, müxtəlif təmənnalı maraqlar və korrupsiya halları da audit nəticələrində üzə çıxdı:

"Bu hallar göstərir ki, maliyyələşdirmə prosesində korporativ maraqlar ön plana keçib. Bu gün bunun acı nəticələri açıq şəkildə hiss olunur. Yeni strukturlar bu səhvlərdən nəticə çıxarmalı, sistemi beynəlxalq standartlara uyğun və şəffaf şəkildə yenidən qurmalıdır. Əks halda, mövcud problemlərin təkrarlanması qaçılmaz olacaq".

Gülər Həsənli 
"Cebheinfo.az"

 

Açar sözlər: İcbari tibbi sığorta Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri