Icma.az
close
up
RU
ICGB Yunanıstan Bolqarıstan qaz interkonnektorunun mövcud gücləri üzrə illik hərraclar keçirəcək

ICGB Yunanıstan Bolqarıstan qaz interkonnektorunun mövcud gücləri üzrə illik hərraclar keçirəcək

Icma.az bildirir, Missiya.az portalına istinadən.


ICGB qaz nəqli sisteminin müstəqil operatoru Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) mövcud gücləri üzrə illik hərracların keçiriləcəyini elan edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə operator məlumat yayıb.

IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sisteminə (DESFA SA) və Komotini regionunda (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinə (TAP AG), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir.

Zəmanətli (firm) güclər üzrə hərraclar iyulun 7-də, fasiləli (interruptible) güclər üzrə isə iyulun 21-də keçiriləcək.

IGB qaz kəmərinin TAP və DESFA ilə birləşmə nöqtələrindəki güclər PRISMA platformasında təklif ediləcək. "Stara Zaqora" IP-dəki güc üzrə ticarət “Regional Booking Platform”da (RBP) keçiriləcək.

ICGB ardıcıl 5 qaz ili müddətinə təminatlı güclər təklif edəcək. DESFA və TAP ilə birləşmə nöqtələrində giriş gücləri rəqabətli əsasda paylanacaq.

Fasiləli geri ötürmə (virtual) gücü “Bulgartransgaz” (giriş) və TAP (çıxış) ilə birləşmə üçün 1 qaz ili (2025/2026) müddətinə təklif ediləcək.

ICGB rəhbərliyi bazar iştirakçılarını müraciətlərini əvvəlcədən hazırlamağa çağırıb.

"Bu, regionun enerji müstəqilliyinə doğru yolda vacib addımdır", - şirkətin icraçı direktorları Teodora Georgieva və Corc Satlas bildiriblər.

IGB kommersiya istismarına üç ildən az müddət əvvəl başlayıb və artıq 45-dən çox qeydiyyatdan keçmiş istifadəçisi var.

İnterkonnektor Cənub-Şərqi Avropaya qaz təchizatının şaxələndirilməsində əsas rol oynayır və qış dövründə Bolqarıstanın ehtiyaclarının 40 %-dən çoxunu, yay dövründə isə 60 %-dən çoxunu təmin edir. İstismarın başlanğıcından bəri boru kəməri vasitəsilə 34,5 milyon MVt/saat-dan çox qaz nəql edilib.

Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 İyul 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri