Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İçimizdə ulayan bayquş vicdanın vəhmi, gecənin keşikçisi

İçimizdə ulayan bayquş vicdanın vəhmi, gecənin keşikçisi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Əliməmməd NURİYEV,
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti:

- Çağdaş Azərbaycan ədəbiyyatı və ictimai həyatının nadir paralel axarlarından biri də İmamverdi İsmayılov şəxsiyyətidir. O, həm ədəbiyyatın qələm adamı, həm də ictimai yaddaşın tribuna səsi kimi tanınır. Yeddinci çağırış Milli Məclisin deputatı kimi dövlət həyatında fəal iştirak etsə də, ədəbiyyatdan üz döndərməmiş, əksinə, qəlbin və cəmiyyətin səssiz çırpıntılarını bədii obrazlara çevirməkdə davam etmişdir.

Onun ədəbi irsi, xüsusilə hekayəçilik sahəsindəki fəaliyyəti, Azərbaycan nəsrində mistik-realist düşüncənin əxlaqi yükü ilə seçilir. İctimai-siyasi fəaliyyəti dövründə adının daha çox parlament tribunasından eşidilməsi, bəlkə də, oxucunu onun yazıçı kimliyinə bir qədər gec qovuşdurub. Lakin bu gecikmiş tanışlıq, o hekayələrin öz daxilində gizlətdiyi insan səsi, vicdan pıçıltısı və zamanla üz-üzə qalma ehtirası ilə dəyərini itirmir - əksinə, artırır. O, çağdaş ədəbiyyatımızda böyük hekayə ustası kimi, həm həyatın bədii izahını, həm də insanın metafizik portretini yarada bilən nadir yazıçılardandır.

İmamverdi İsmayılovun "Bayquş və Qarovulçu" hekayəsi çağdaş Azərbaycan hekayəçiliyində istisna ediləcək qədər fərqli, həm də insan psixikasına dərindən nüfuz edən nadir nümunələrdəndir. Onun yazı üslubu təkcə mövzu seçimi ilə deyil, həm də insan təbiətinin və gündəlik həyatın metafizik qatlarına toxunmaq cəsarəti ilə seçilir. Əgər Mövlud Süleymanlının sosial psixologiyanı əyaniləşdirən yazı tərzi, Sabir Əhmədlinin bədii dialoqlarla ictimai tipaj yaratmaq bacarığı, Anar və Elçinin sətiraltı fəlsəfi ahəngi varsa, İmamverdi İsmayılovda isə mistik realizmlə əxlaqi və sosioloji qatların vəhdəti hiss olunur. Bu hekayədə o, bayquş obrazı vasitəsilə təkcə gecənin deyil, həm də vicdanın sükutuna işıq salır. Müəllifin ədəbiyyata yanaşması klassik folklor motivlərini modern psixoloji reallıqla vəhdətdə təqdim etməyə imkan verir ki, bu da onun yazılarını həm zamanla, həm də insanla üz-üzə gətirir.

Bayquş həm gecənin, həm qorxunun, həm də sirrin rəmzi kimi hekayədə mərkəzləşdirilir. O, mənfi personaj deyil; əksinə, insani qorxuların simvolik "gözəgörünməz mənbəsidir". Ulaması, sədəsinin qaranlıqda yayılması qarovulçunun vicdanına, keçmişinin iztirablarına toxunur. Güllə atmadan əvvəlki daxili monoloqlar, bayquşun diliylə verilməyə başlayan metafizik etirazlar onun cəmiyyətin şüuraltında bütöv bir tənqidin daşıyıcısı olduğunu göstərir. Bu quş - təbiətin qoruyucusu, qaranlığın işığı, bütün günahların yükləndiyi məsum bir səsdir.

Hekayənin ən təsiredici hissələrindən biri qarovulçunun yuxuları, peşmanlıqları və qızının faciəli taleyidir. Bu hissələr sadəcə real xatirə deyil, qaranlığın qopardığı daxili psixoloji tufanlardır. Bayquşun səsi ilə üst-üstə düşən bu xatirələr - bir növ vicdanın təkrar səslənməsi, ruhun özüylə danışıqlarıdır. Qızın ruhunun ulartıya qarışması bu hekayəni sənəddən çox, bir duyğu mətninə çevirir.

Hekayədə bayquşun dili, düşüncə tərzi və fəlsəfi yüklü ifadəsi qeyri-adi şəkildə təqdim olunur. "Aaa-uuu" kimi ulartılar sadəcə səslər deyil; onlar qorxuların, keçmiş faciələrin, cəmiyyətin gizlində saxladığı dərin əzablı sualların səslənməsidir. Bu ulartı mətn boyunca bir növ ədəbi ritm və emosional intonasiya kimi işləyir. Qarovulçunun yuxularında, keçmişin iztirablarında, qızın ruhuyla danışığında bu səs bir göz yaşına, bir hönkürtüyə bənzəyir.

Hekayəyə müdaxilə edən nəvə, yeni dünya düzəninin bərqərar olması üçün müdrikliklə yoğrulmuş ağlın səslənən obrazıdır. O, babasına çağdaş baxış bucağı ilə yanaşır, bayquşun mifoloji qaralanmasına etiraz edir, onu təbiətin müdafiəçisi və hikmətin rəmzi kimi təqdim edir. Bu nəsillər dialoqu, keçmişin susqunluğuna qarşı gələcəyin sözünü gətirir, hekayəyə əxlaqi-mənəvi bir dinamika qatır.

Bayquş obrazı dünyanın bir çox mədəniyyətlərində həm ölüm, həm də müdriklik simvoludur. Yunan mifologiyasında Afina adlı müdriklik tanrıçasının müqəddəs quşu olan bayquş, hikmət və ədalətin rəmzi sayılır. Türk mifoloji sistemində isə şamanların baş geyimlərində bayquş tükünə yer verilməsi onun fövqəltəbii aləmlə bağlılığına işarədir. Bu hekayədə də bayquş həm fövqəltəbii müşahidəçi, həm də yasaq, unudulmuş sirlərin daşıyıcısı kimi təqdim edilir.

Bənzər yanaşmalar dünya ədəbiyyatında Edqar Allan Ponun məşhur "Qarğa" (The Raven) adlı simvolik şeirində, yaxud Qabriel Qarsia Markesin hekayələrində bəd əlamət daşıyan canlılar vasitəsilə rast gəlinir. Lakin İmamverdi İsmayılovun bayquşu - nə Ponun qaranlıq xəbərçisi, nə də Markesin alleqorik bəla təcəssümüdür. O, vicdanın özü qədər məyus, bir o qədər də ayıq bir müşahidəçidir.

"Bayquş və Qarovulçu" hekayəsi metaforalarla yüklənmiş mənəvi bir yol gündəliyidir. O, insanın öz dövrü, vicdanı, inancı və qorxularıyla öz düzlüklərində tənhalıqla rastlaşmasını təsvir edir. Bayquş bu hekayədə təbiətin deyil, insanlığın danışmağını, susaraq ədalət axtarmağını təmsil edir. Hekayə oxucunu sadəcə duyğulandırmır, onu düşündürür - çünki orada insanın ən məhrəm qorxuları və öz "bayquş"u ilə hesablaşması vardır.

İmamverdi İsmayılov bu hekayəsində oxucuya yazıçı mövqeyindən çox bir şahid, bir ürəkdaş, bir içi sızlayan ağsaqqal kimi yanaşır. Onun hekayəsinin bu qədər canlı və poetik olmasının səbəbi də budur: o, təbiətin fonunda insanı izah etməyə deyil, insanın fonunda təbiəti duydurmağa çalışır. Elə bu üzdəndir ki, o, çağdaş yazıçıların çoxunun əksinə olaraq, obrazla mühakiməni birləşdirə bilir. "Bayquş və Qarovulçu" sadəcə bir yazıçının deyil, bir insanın, bir yaddaşın və bir vicdanın ulartısıdır:

- Aaa-uuu!

Zahid İLHAMOĞLU,

Əməkdar jurnalist:

- Görkəmli ziyalı, tanınmış ictimai xadim İmamverdi İsmayılovun "Bayquş və qarovulçu" hekayəsini birnəfəsə oxudum və hər sətrində insan ruhunun incə qatlarına toxunan dərin bir bədii mətnlə qarşılaşdım. Hekayə, sadə süjet xəttinə malik olsa da, ilk cümlələrindən etibarən oxucunu öz mənəvi dünyasına çəkir və çoxqatlı mənaları ilə düşündürür. Müəllif, gündəlik həyatın adi bir səhnəsini - bağban-qarovulçunun həyatı və bir bayquşun peyda olmasını - bir azərbaycanlı oxucuya tanış sükunət və ahəng üzərində qurur. Amma bu sükunət tezliklə pozulur və nəticədə əsər bir insani faciənin, daxili çöküşün, vicdanla qarşılaşmanın simvolik aynasına çevrilir.

Bayquş bu hekayədə sadəcə quş deyil. O, həm folklorun, mifologiyanın, qorxuların, həm də vicdanın, itkilərin, həyatın keçmiş səhifələrinin simvoludur. Qarovulçunun "səsindən yata bilmirəm" deyə şikayət etdiyi bayquş, əslində onun öz daxilində ulayan peşmanlıq, qırılmış münasibətlər, yarımçıq qalan həyat hekayəsidir. Bu baxımdan, hekayə bizə göstərir ki, insanın qarşılaşdığı "kənar təhlükələr" çox vaxt onun içində dərinləşən travmaların, haqsızlıqların və günah hissinin əks-sədasıdır.

Əsərin dili həm poetik, həm də xalq danışıq üslubuna sadiqdir. Qarovulçunun nəvəsi ilə dialoqu, elə bil iki nəsil arasındakı duyğu, düşüncə və dəyər fərqini nümayiş etdirir. Nəvə müasir humanist düşüncə ilə yanaşır, heyvanların da yaşamaq haqqını, miflərin içində boğulan inancları tənqid edir. Bu səhnə əsərin ən güclü ideya təbəqələrindən birinə - insanla təbiət, insanla mif arasında körpü qurmaq ehtiyacına işarə edir.

Əsərdəki yuxu səhnəsi - qızının "qayıdışı" - həm mifik qat, həm psixoloji partlayış, həm də qəhrəmanın daxili çöküşünün kulminasiyasıdır. Bu səhnə yalnız atalıq faciəsini, ailə böhranını deyil, eyni zamanda, insanın öz ömrü boyu daşıdığı vicdan yükünün nə qədər ağır və hətta dağıdıcı ola biləcəyini göstərir.

Müəllifin ustalığı ondadır ki, oxucunu yalnız duyğusal bir səfərə çıxarmır, eyni zamanda, onu düşünməyə, sual verməyə, öz həyatını və seçimlərini dəyərləndirməyə sövq edir. Bayquşun dili ilə sanki bütün məzlumların, susanların, kənara atılmışların səsi eşidilir: "Mən ulamıram - mən səslənirəm!" Bu çağırış insanın içindəki haqq axtarışının və ümidsiz harayının bədii əksi kimi oxunur.

Əsərin sonluğu isə həm faciə, həm də bir növ aydınlanma anıdır. Qarovulçu nəinki bir bayquşu, əslində öz içindəki qorxunu, peşmanlığı, keçmişi, insanlığı vurur. Güllə yalnız bir bədənə deyil, yaddaşa, inanca, mərhəmətə də dəyir. Bu, həm də bir növ ictimai şüura toxunan çağırışdır: biz bəzən "səs salanları" günahlandırır, amma sükutu pozan bu səslərin əslində hansı acıları hayqırdığını eşitmirik.

Yekunda bu hekayə oxucunu yalnız bir ədəbi zövqlə deyil, insani məsuliyyətlə, düşüncəylə, daxili aydınlıqla baş-başa qoyur. "Bayquş və qarovulçu" - mifin, simvolun və reallığın heyranedici sintezidir. Bu hekayə təkcə bir hadisənin deyil, bütöv bir insan taleyinin, cəmiyyətin və mədəniyyətin fəlsəfi təhlilidir.

Onu da qeyd edim ki, hekayənin dərinliyinə toxunduqca, müəllifin fikir və təsvir etdiyi hadisələrin ruhunu böyük maraqla oxudum. İlk baxışda sadə görünən süjetin içində gizlənən mürəkkəb mənalar oxucunu düşünməyə və daxili dünyasına səyahət etməyə dəvət edir. Xüsusilə məni təsirləndirən məqam isə əsərin təkcə obrazları deyil, bütövlükdə cəmiyyətin mənəvi dünyasına güzgü tutmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri