Icma.az
close
up
RU
İcra başçıları kabinetdən çıxır: Niyə hamısı yox?

İcra başçıları kabinetdən çıxır: Niyə hamısı yox?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son zamanlar bəzi icra hakimiyyəti başçılarının səyyar qəbullardan əlavə kəndlərə gedərək sakinlərlə görüşdüyünə dair məlumatlar yayılır.

Bu görüşlərin səmimi atmosferdə keçdiyi bildirilən məlumatlarda icra başçılarının əhalinin vəziyyəti,  problemləri ilə maraqlanması, müvafiq tapşırıqlar verdiyi  əks olunur.

Məsələn, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl şəhərindəki çay evlərindən birində sakinlərlə görüşərək onlarlasöhbət edib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. Bugünlərdə daha bir rayonun- Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da rayonun bir neçə kənd və qəsəbələsində yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlərlə yerində tanış olub,   həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat alıb. 

Qeyd edək ki, Azərbaycanda 66 rayon, 11 respublika tabeli şəhər, 14 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər, ən kiçik rayon isə Sədərək rayonudur.  Şəhər və rayonlarda icra hakimiyyəti başçıları rəsmi qaydada sakinlər üçün qəbul keçirir, bu barədə əvvəlcədən məlumat verilir, sakinlərin problemlərini dinləyirlər.

Ancaq qeyri-rəsmi şəkildə sakinlərlə görüşüb, söhbət etmək, onların problemləri ilə maraqlanmaq fərqli atmosfer yaradır. Bunu reallaşdıran icra hakimiyyəti başçılarının sayı o qədər də çox deyil. Məhz bu amilə dayanaraq belə fikirlər səsləndirilir ki, Azərbaycanda yerli icra hakimiyyəti institutunu onun funksiyalarını gücləndirən və birbaşa idarəetməni təmin edən qurumlar əvəz etməlidir.

Ölkəmizdə böyük şəhər bələdiyyələrinin yaradılması təklifi yeni deyil və zaman-zaman cəmiyyətdə müzakirə olunur. Bundan başqa, icra hakimiyyətlərinin xüsusi nümayəndəliklərlə əvəz edilməsi ehtimalı da müzakirə olunur. Belə müzakirələr fonunda icra hakimiyyəti başçılarının görüşlərinə dair xəbərlər xüsusilə sosial şəbəkələrdə birmənalı qarşılanmır. Bəzi sosial şəbəkə istifadəçiləri bunu real iş yox, görüntü xarakteri daşıdığını bildirir. Ayrı-ayrı icra başçılarınln isə ümumiyyətlə,  kabinetdən çıxmaması da sərt tənqid olunur.

Maraqlıdır, niyə bu gün əksər icra hakimiyyəti başçıları sakinlər arasında olmağa, onların problemləri ilə maraqlanmağa önəm vermirlər?  

Məsələ ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, icra hakimiyyəti institutu yavaş-yavaş Azərbaycanın gündəmindən çıxmalıdır:

“Konstitusion orqan kimi ləğv edilməli və yerini seçilmiş bələdiyyələr almalıdır. Əgər onların yerini seçilmiş bələdiyyə alacaqsa, bu sual da ortadan qalxacaq. Seçilmiş bələdiyyənin borcu olacaq ki, hər gün vətəndaşla görüşsün. Çünki növbəti dəfə də ondan səs istəyəcək, yəni ondan asılıdır. Ona görə də sistem dəyişikliyi baş versə, bu kimi görüşlər təəccüblə qarşılanmayacaq. Vətəndaşlarla gündəlik təmas işçi qaydada davam edəcək. Ancaq hələ ki, icra hakimiyyəti institutu qalıb. Təbii ki, icra hakimiyyəti başçılarının vətəndaşlarla birbaşa təmas qurması, problemlərini öyrənməyə cəhdi, onlarla hər hansı bir formada müzakirələrin aparılması istər kamera qarşısında olsun, istər sadəcə işçi qaydada, özlüyündə müsbət haldır".

Partiya sədrinin sözlərinə görə,  qaldırılmış problemlər öz həllini tapsa, daha yaxşı təşəbbüs ola bilər:

"Yəni bu, piar obyekti yox, real problemlərin yerindəcə həllinə yönəlmiş görüşlər olsa, heç də pis təklif deyil. Ancaq bu piar hansısa görüntü üçündürsə, heç bir effekt verməyəcəksə, bu görüşlərin olub-olmamasının heç bir əhəmiyyəti qalmır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri