Icma.az
close
up
RU
İcra başçılarının aparatı BATIR ixtisarın gizlinləri

İcra başçılarının aparatı BATIR ixtisarın gizlinləri

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib. Icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin isə 36 əməkdaşı vəzifələrindən azad ediliblər.

Bu gedişat nədən xəbər verir? İH-lərin maliyyə vəziyyəti ağırlaşıb, yoxsa prosesin məntiqi sonu icraların ləğvi olacaq?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, bu gün ölkəmizdə dövlət qulluğu və buna bərabər tutulan vəzifələrdə çalışıb, dövlət büdcəsindən əmək haqqı alan işçilərin kütləvi ixtisarı təəccüb doğurmur. Bu nə vaxtsa baş verməliydi. Çünki on illərdir ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların sayı heç bir əsas olmadan durmadan artırılırdı: “Bu gün təkcə rayon İcra Hakimiyyətlərində deyil, bizdə elə dövlət qurumları var ki, son 30 ildə onlarda çalışanların sayı 6-8 dəfəyə qədər artırılıb. Bu, fantastik bir göstəricidir. Əslində hər bir ştat artımının ciddi iqtisadi, texniki əsaslandırmaları olmalıdır. Bəs bizdə bu necə baş verir? Hansısa bir məmurun ağlına gəlir ki, o rəhbərlik etdiyi qurumda kadrların sayını artırmaqla uğur qazanacaqdır. Təbii ki, bu yanaşım kökündən səhvdir. Kəmiyyət heç vaxt doğru nəticələrə gətirib çıxarmır. Son 30 ildə ölkədə əhalinin sayı nə qədər artıb? Cəmisi 32,0%. Bəs belə olan halda necə ola bilir ki, əhaliyə xidmət göstərən dövlət qurumlarında çalışanların sayı bir neçə dəfələrlə arta bilibdir?

Bu problem hökuməti ciddi düşündürməli və hökumət onun həlli yolunu həmin işçiləri az bir zaman kəsiyində ixtisar etməkdə görməməlidir”.
Sabiq nazirin sözlərinə görə, bu gün işini itirən adamların çoxunun gənclər olduğu unudulmamalıdır:

“Onların əksəriyyətinin banklarda kreditləri və bir çoxunun isə ipoteka kreditləri var. Ona görə də ixtisarla yanaşı hökumət əmək bazarında yeni iş yerlərinin artırılması yollarını aramalıdır. İxtisar olunan şəxslərin yeni iş yerləri tapmaq şansları olmalıdır. Bir sözlə, bu prosses sadəcə insanların tutduqları vəzifələrdən ixtisar edilməsi ilə müşahidə olunmamalıdır. Bu problemin həllinə kompleks yanaşımaq lazımdır. İcra Hakimiyyətlərinin ləğvi məsələsinə gəlincə, bu məsələ Konstitusion məsələdir. İcra hakimiyyətlərinin ləğvi yalnız Konstitusiyada dəyişikliklə həyata keçə bilər. Hazırda isə gündəmdə ana qanunumuzda dəyişiklik məsələsi müşahidə olunmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri