Icma.az
close
up
RU
İcra başçısından bələdiyyələrə XƏBƏRDARLIQ “İnsanların yanında olun, sizi onlar seçib”

İcra başçısından bələdiyyələrə XƏBƏRDARLIQ “İnsanların yanında olun, sizi onlar seçib”

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qusar rayon İcra Hakimiyyətində rayonda yeni seçilən bələdiyyələr üçün seminar-treyninq keçirilib. Seminar Qusar İH başçısı Sahir Məmmədovun təşəbbüsü və təşkilatçılığı, eləcə də Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin dəstəyi ilə reallaşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusardan yeni seçilən və 10 bələdiyyədə birləşən bələdiyyə üzvləri və sədrləri, Qusar İH-nin ərazi üzrə icra nümayəndələri iştirak edib.
Seminarda Qusar İH başçısı Sahir Məmmədxanov iştirakçılar qarşısında geniş məzmunlu çıxış edib. Rayon rəhbəri çıxışında bildirib ki, bələdiyyələr müstəqil idarəetmə orqanlarıdır, İH olaraq qətiyyən bələdiyyələrin işinə müdaxilə edib qarışmaq fikrimiz yoxdur. Sadəcə, bu tədbiri keçirməkdə məqsəd odur ki, bələdiyyələrimiz işlərini düzgün qursunlar:
"Bələdiyyələrin üstündə olan "torpaq satır" damğasını götürək. Siz camaatla işləyin, onların yanında olun. Camaatın arasında olun, köməyə ehtiyacı olan sakinlərin yanında olun, sizi həmin insanlar seçib. Qusarda və kəndlərdə satılası torpaq qalmayıb".
Qusar icra başçısı bələdiyyələrin mühasibat uçotunun yox dərəcəsində olduğunu da vurğulayıb:
“İşinizi bu istiqamətdə düzgün qurun, inventarizasiyanızı aparın, hansı əmlaka və inventara sahib olduğunuzu bilin".
Sahir Məmmədxanov hər bir bələdiyə üzvünə tövsiyə edib ki, işlərini “Bələdiyyələr haqqında” qanunun tələbləri çərçivəsində qursunlar, camaatın bələdiyyələrə olan inamını, etibarını qazansınlar, həmçinin görüləcək işləri kəndlərin ağsaqqalları ilə məsləhət etsinlər.
Qusar rayon icra başçısının tövsiyə xarakterli çıxışından sonra Xaçmaz Regional Ədliyyə İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz Regional şöbəsinin əməkdaşları bələdiyyələrlə treyninq seminarı davam etdiriblər. Qarşılıqlı fikir mübadiləsi edilib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see185

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see159

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see148

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see144

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri