Icma.az
close
up
RU
İcra başçısının bacısı oğlu qəzada öldü

İcra başçısının bacısı oğlu qəzada öldü


Yevlaxda ağır yol qəzası baş verib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.
Samir İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü hadisə yerində ölüb.
Mətbuat orqanı yazır ki, vəfat edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacısı oğludur.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
seeBaxış sayı:17
embedMənbə:https://yeniavaz.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri