İcra başçısının görüşündə İNSİDENT: Bir nəfər həbs edildi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə insident baş verib.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində olub.
Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Səyyad oğlu Məmmədovun kənd sakinləri ilə görüş zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq ona müdaxilə edib. O, tədbirin gedişatına maneə törətməklə ictimai qaydanı pozub.
Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib.
Tərtər Rayon Məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Mart 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















