Icma.az
close
up
RU
İcra Hakimiyyəti 382 hektar sahəni mal qarası olmayan şəxsə verib? Şəmkirdə otlaq qalmaqalı

İcra Hakimiyyəti 382 hektar sahəni mal qarası olmayan şəxsə verib? Şəmkirdə otlaq qalmaqalı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir Rayon İcra Hakimiyyəti 382 hektar qış otlaq sahəsini mal-qarası olmayan şəxsə icarəyə verib. 

Bu barədə Qaynarinfo-ya Şəmkirdə fermer təsərrüfatı ilə məşğul olan Rasim Bayramovun nümayəndəsi Ədalət Müseyibov bildirib. 

Onun sözlərinə görə, Rasim Bayramovla otlaq sahəsinin icarəyə verildiyi Suliddin Abdullayev adlı şəxs arasında borc mübahisəsi yaşanır.  Mübahisənin kökündə sözügedən otlaq sahəsi ilə bağlı alqı-satqı dayanır: 

"Suliddin Abdullayev həmin sahəni Rasim Bayramova satıb. Lakin sonradan məlum olub ki, bu məsələdə qanunsuzluq var. Ona görə də Rasim Bayramov pulunu geri istəyib. Təsəvvür edin, 382 hektar örüş sahəsi mal-qarası olmayan bir şəxsə icarəyə verilib. Özü də saxta yolla. 

Əraizinin Suliddin Abdullayevə icarəyə verilməsini rəsmiləşdirmək üçün Eynullayev Hafiz Rüstəm oğlunun barəsində tərtib olunmuş AKT-dan istifadə olunub (yəni həmin AKT-ın Suliddin Abdullayevə ümumiyyətlə heç bir aidiyyatı yoxdur). Həmin AKT kiril əlifbası ilə tərib edilib və yalnız AKT-n sonuncu abzasından əvvələ zorla latın qrafikalı əlifba ilə "Abdullayev Suliddinə satılsın”, imza hissəsində də "A.Suliddin” sözləri yazılıb".

Ədalət Müseyibov əlavə edib ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, birqayda olaraq, 10 ildən 15 ilədək verilə bilər: 

"Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Yenə həmin Məcəllənin  5-ci maddəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Göründüyü kimi qış-otlaq sahəsi mütləq heyvandarlıqla məşğul olan şəxslərə verilir. 382 hektar örüş sahəsi də Suliddin Abdullayevə verildiyi üçün onun yuxarıda qeyd olunan Məcləllənin tələbinə əsasən ən azı 1380 başdan yuxarı xırda buynuzlu heyvanı olmalıdır".

Onun sözlərinə görə, Şəmkir rayon Satatistika İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubunda Suliddin Abdullayevin 1136 baş xırda buynuzlu heyvanı ollduğu qeyd olunub. Şəmkir rayon Qılıncbəyli kənd İcra Nümayədəliyinin arayışında isə Suliddin Abdullayevin cəmi 3 baş iribuynuzlu heyvanı olduğu yzılıb.

"Göründüyü kimi Suliddin Abdullayevin əslində 3 baş iribuynuzlu heyvanı var. Bu halda ona 382 hektar örüş sahəsinin icarəyə verilməsi mümkün deyil. Həmin ərazini ona vermək üçün rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Guya ki, Suliddin Abdullayevin 1136 baş xırdabuynuzlu heyvanı var. Çoxsaylı şikayətlərimizdən sonra Şəmkir rayon Statistika İdarəsi bizə 13 yanvar 2025-ci il tarixli rəsmi məktub göndərib. Həmin məktubda heyvanların sayı barədə Suliddin Abdullayev tərəfindən onlayn məlumat verildiyi və hazırda onun heyvanları satması qeyd olunub. Qeyd edim ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən, Suliddin Abdullayev vəzifəli şəxs sayılır (çünki o sahibkardır və heyvanların sayı barədə məlumatları da sahibkar kimi hesabat verib)".

Ədalət Müseyibov deyir ki, Suliddin Abdullayevin əslində heyvanı olmaması barədə Şəmkir Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verilib.

İcra Hakimiyyəti isə Rasim Bayramova ünvanladığı məktubda qeyd edib ki, Suliddin Abdullayevin sözügedən torpağın başqasına icarəyə verməsi məsələsi araşdırılır. Əlavə edilib ki, bundan sonra məhkəməyə müraciət ediləcək:

"Təsəvvür edin, biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, qanunsuzluq barədə məlumat vermişik. Amma bunlar işin guya araşdırıldığını deyir. Hər şey ortadadı, burada hansı araşdırmadan gedir?!".

Ədalət Müseyibov qeyd edib ki, məsələ ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədir. 

Qaynarinfo məsələ ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımızı hüquq şöbəsi ilə əlaqə saxlamağı tövsiyyə ediblər. Lakin hüquq şöbəsindən əznglərimizə cavab verən olmayıb. 

Yazıda adı keçən Suliddin Abdullayevlə də əlaqə saxlamaq mümkün olmayıb. 

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri