Icma.az
close
up
RU
İcra hakimiyyətlərində kadr islahatlarının bölgələrdə də həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib Deputat

İcra hakimiyyətlərində kadr islahatlarının bölgələrdə də həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər. Dövlətimizin başçısı vurğulayıb ki, hər bir vəzifə sahibi cəmiyyətin inkişafı üçün ürəklə işləməli və problemlərə qarşı dözülməz yanaşmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, dövlət başçısı bu məsələni artıq ikinci dəfədir ki, yerli TV-lərə verdiyi müsahibəsində qeyd edir:

"Təbii olaraq, bu, hazırda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelidir ki, üç şəhərin birləşməsi ilə orada çevik idarəetmə forması yaradılıb. Burada əsas məqamlar bunlardır: Birincisi, aparatın kiçik və çevik idarəetmə formasında olmasıdır, yəni işçilərin sayının icra hakimiyyətlərində olduğu kimi çox deyil, daha az, lakin çevik olmasıdır. İkinci məsələ yeni çağırışlara cavab verən, həm İKT üzərində, həm də yeni müasir texnologiyalarla idarəetmə sistemində çevikliyi özündə ehtiva edən yeni modelin tətbiqidir. Üçüncü məsələ şəffaflıq və müasir, çağdaş idarəetmə sisteminin tətbiqidir. Təbii olaraq, bütün bunlar hazırda həmin bölgələrdə pilot layihə kimi tətbiq olunur. Cənab prezident də bu prosesi yaxından izləyir və özünün qeyd etdiyi kimi, əgər bu model özünü doğruldarsa, gələcəkdə digər şəhər və rayonlarda da tətbiq olunması mümkündür".

Onun sözlərinə görə, hazırda yerli icra hakimiyyətləri haqqında qanun Konstitusiya ilə tənzimlənir və burada hər hansı ciddi dəyişikliklərin edilməsi Konstitusiya məsələsidir:

"Lakin ölkə başçısının müstəsna səlahiyyətləri var və o, yeni yanaşmalar çərçivəsində yerli icra hakimiyyətlərində də islahatlar aparmaq hüququna malikdir. Məsələn, Bakı şəhərinin rayonlarında tətbiq olunmağa başlayan kadr islahatlarının artıq bölgələrdə də həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib. Şəhər və rayon icra hakimiyyətlərində şöbələrin bu və ya digər formada ləğv olunması, digər modelə keçməsi, icra hakimiyyəti başçısının müavinlərinin səlahiyyətlərinin artırılması (və ya optimallaşdırılması) və sektorların yaradılması nəzərdə tutulur. Demək olar ki, icra hakimiyyətlərində bəzi işçilərin yeni formada işləməsi həm çevikliyin yaranmasına, həm də kadr sayının azalmasına səbəb olur. Eyni zamanda, yeni, çevik və müasir texnoloji yenilikləri özündə ehtiva edən idarəetmə modelində fəaliyyət göstərmək hazırkı tələblərdən biridir. Bu forma artıq ölkənin digər şəhər və rayonlarında, yerli icra hakimiyyətlərində tətbiq olunmağa başlayıb".

Millət vəkili vurğuladı ki, dünyada bir neçə idarəetmə sistemi mövcuddur və onlardan biri də ölkəmizdə tətbiq olunur.

"Bu, yerli icra hakimiyyətləri haqqında qanundur və uzun illərdir Azərbaycanda bu model fəaliyyət göstərir. Bununla yanaşı, forma olaraq bir sıra yeni yanaşmaların da tətbiqi mümkündür və ölkə başçısı bu məsələdə daha geniş məlumata və proqramlara malikdir. Zamanı gəldikdə onların ölkənin bütün ərazilərində tətbiq olunması ilə bağlı qərar veriləcək. Hazırda isə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan model bir çox üstünlükləri ilə artıq özünü müsbət mənada göstərməkdədir. Burada şəffaflıq, çeviklik, az kadrla daha çox işin görülməsi, müasir yanaşmaların idarəetmə sisteminə tətbiqi və operativ işlərin görülməsi üçün yeni mexanizmlərin tətbiqi əsas üstünlüklərdir. Müstəsna səlahiyyətlərin mövcudluğu yerində vacib qərarların qəbul edilib icra olunmasına imkan yaradır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, cənab prezidentin bu məsələləri mütəmadi olaraq şəxsən yoxlaması, inşa olunan və icra olunan layihələrlə yerində tanış olması, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni layihələrin təməlqoyma mərasimlərində iştirakı və böyük infrastruktur layihələrinin istifadəyə verilməsi prosesində bilavasitə iştirak etməsi onu deməyə əsas verir ki, ölkə başçısı bu məsələlərə çox həssas yanaşır. Hazırda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin bütün ərazilərində hansı formada tətbiq olunacağı və necə işləyəcəyi zamanla özünü göstərəcək. Bu isə təsdiq edir ki, məsələ ölkə başçısının xüsusi diqqət mərkəzindədir", - deyə Vüqar İskəndərov vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri