Icma.az
close
up
RU
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı deputatdan AÇIQLAMA

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı deputatdan AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər icra hakimiyyətlərinin adı daha çox cinayət işləri ilə hallanır.
Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ. Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.
 

Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlamalar aparılıb. Nəticədə, İcra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Bu cür mənfi hallar isə icra hakimiyyəti institutunun zamanın tələbi ilə ayaqlaşa bilməməsi məsələsini gündəmə gətirib. Ona görə də əksəriyyət hesab edir ki, icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı qanunvericlik səviyyəsində tədbirlər görülməlidir.
İcra hakimiyyətləri ilə bağlı hansı dəyişikliklər edilə bilər?
Məsələn Millət vəkili Fazil Mustafa hesab edir ki, icra hakimiyyətlərindən keyfiyyətli iş tələb etmək üçün ilk növbədə onların hüquq və vəzifələrinə yenidən baxmaq lazımdır. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün vəzifəli şəxslər kifayət qədər məsuliyyətli davranmalıdırlar, hər hansı bir korrupsiya faktına yol verməməli, vətəndaşları incitməməlidirlər:
“Belə hallarla bağlı çatan siqnallarla bağlı dövlətin hüquq-mühafizə orqanları öz işlərini davam etdirir və məsələyə hüquqi münasibəti ortaya qoyurlar. Ona görə də icra başçıları Prezidentin yerlərdəki nümayəndəsi kimi daha məsuliyyətli davranmalıdırlar. Hesab edirəm ki, bununla paralel icra hakimiyyətinin səlahiyyətlərinə də yenidən baxılmalıdır.
Bir çox hallada səlahiyyət azlığı onların fəaliyyətini məhdudlaşdırır.
Hesab edin ki, hər bir məsələdə İcra hakimiyyəti məsuliyyət daşıyır, eyni zamanda heç bir məsələdə onların geniş səlahiyyəti yoxdur. Əvvəlki illərdə icra hakimiyyətləri daha çox səlahiyyətlərə sahib idilər. Bu müəyyən problemlər yaratsa da, rayonda sosial və hətta kriminal vəziyyətə nəzarət imkanı yaradırdı. Müvafiq qurumlar icra hakimiyyətləri ilə razılaşdırılmış addımlar atırdı. Bu da ən azından həmin rayonun spesifikasına uyğun olaraq vəziyyətin nəzarətdə saxlamasına imkan verirdi.
İndi bu imkanlar da yoxdur. Ona görə də icra hakimiyyətlərinin səlahiyyətlərinə yenidən baxılmalıdır ki, bütün sıxıntılar aradan götürülsün”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri