Icma.az
close
up
RU
İcra hakimiyyətlərinin ləğvi məsələsi MÜZAKİRƏ EDİLİR

İcra hakimiyyətlərinin ləğvi məsələsi MÜZAKİRƏ EDİLİR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın yerli idarəetmə sistemində mühüm dəyişikliklər gözlənilir. Uzun illər bölgələrdə əsas icraedici orqanı kimi fəaliyyət göstərən icra hakimiyyətləri struktur islahatlarının astanasındadır.

İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə isə icra hakimiyyətlərinin ləğv edilə biləcəyi müzakirə edilir. Qeyd edək ki, artıq işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirir və yerli icra hakimiyyəti bu konstitusion qurumlar sırasına daxildir: "Konstitusiyanın 24-cü maddəsinə əsasən, icra hakimiyyətinin təşkilati fəaliyyəti qanunvericilik və Prezidentin aktları ilə tənzimlənir. Bu isə o deməkdir ki, yerli icra hakimiyyətinin tam şəkildə ləğvi yalnız Konstitusiyaya dəyişiklik edilməklə mümkündür".

O qeyd edib ki, parlamentdə və ictimai diskussiyalarda bu məsələ bir neçə dəfə səsləndirilib:

"Mənim tərəfimdən də bu məsələ dəfələrlə qaldırılıb. Hazırda bu, yalnız müzakirə xarakteri daşıyır və Konstitusiyada dəyişiklik edilmədiyi müddətdə hüquqi qüvvəyə malik deyil".

Hüquqşünas bildirib ki, icra başçısı ilə xüsusi nümayəndə arasında fərq təkcə struktur fərqi deyil, həm də idarəetmə fəlsəfəsi ilə bağlıdır:

"İcra başçısı ənənəvi idarəetmə modelinin elementidir. Onun əsas vəzifəsi dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi, sosial-iqtisadi inkişaf planlarının icrası və mərkəzi icra orqanlarının qərarlarının bölgədə icrasını təmin etməkdir. Başqa sözlə, icra başçısı əsasən yerli idarəçi rolunu oynayır və gündəlik həyatın bütün sahələrinə - təhsil, səhiyyə, sosial təminat, kommunal xidmətlər, sahibkarlıq mühiti, ekoloji vəziyyət və s. sahələrə cavabdehlik daşıyır.

Xüsusi nümayəndəliklər isə daha strateji xarakter daşıyan bir instituttur. Bu idarəetmə modeli əsasən Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilir. Məqsəd sadəcə idarəçilik deyil, yüksək səviyyədə koordinasiya, bərpa və inkişafdır. Xüsusi nümayəndəlik birbaşa Prezidentin nəzarəti altında fəaliyyət göstərir və iri infrastruktur layihələrinin icrasına, investisiya cəlbinə, təhlükəsizlik və məskunlaşma proseslərinə nəzarət edir. Yəni bu institut daha çox transformasiyaedici və planlaşdırıcı gücə malikdir".

O eyni zamanda diqqətə çatdırıb ki, "hansı institutun səlahiyyətləri daha genişdir: icra hakimiyyəti, yoxsa xüsusi nümayəndəlik?" sualına cavab vermək asan deyil. Çünki onların funksional mandatları fərqlidir:

"İcra başçısının səlahiyyətləri sahə üzrə geniş olsa da, onun strateji qərar qəbul etmək imkanı məhduddur. Bu, həm maliyyə resurslarının məhdudluğu, həm də normativ çərçivələrin mərkəzi icra orqanlarına bağlı olması ilə əlaqədardır.

Əvəzində, xüsusi nümayəndəliklər daha təsirli və çevik səlahiyyətlərə malikdir. Maliyyə resurslarına çıxış imkanları daha çevikdir, qərarvermə zənciri daha qısa olduğundan operativ qərarlar qəbul edə bilirlər. Prezidentə birbaşa hesabat verir və bu xüsusilə Qarabağda bərpa prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud şəraitdə praktiki baxımdan xüsusi nümayəndəliklər icra hakimiyyətlərindən daha güclü hesab edilə bilər. Çünki dövlətin əsas prioritetləri sayılan - bərpa, reinteqrasiya və təhlükəsizlik bu strukturlar vasitəsilə həyata keçirilir".

İcra hakimiyyətlərinin ləğvi məsələsi gündəmdədir

"Qeyd etdiyim kimi, bu məsələ geniş şəkildə müzakirə olunur. Cəmiyyətdə formalaşan fikir ondan ibarətdir ki, artıq xüsusi nümayəndəliklər fəaliyyət göstərən ərazilərdə icra hakimiyyəti əhəmiyyətini itirib və ləğv edilməlidir. Lakin bu, hüquqi baxımdan hələ mümkün deyil. Konstitusiyada dəyişiklik olmadan belə bir ləğv prosesi legitim sayıla bilməz. Ona görə də yaxın perspektivdə bu iki idarəetmə modelinin paralel şəkildə fəaliyyətini gözləyirik.

Hazırda ərazi bütövlüyü bərpa olunan regionlarda xüsusi nümayəndəliklər çevik və geniş səlahiyyətlərə malik struktur kimi fəaliyyət göstərir. Ölkənin digər hissələrində isə ənənəvi icra hakimiyyəti öz fəaliyyətini davam etdirir. Bu vəziyyət gələcəkdə dəyişə bilər. Mən hesab edirəm ki, müasir çağırışlara cavab verə bilməyən yerli icra hakimiyyətləri artıq institut kimi effektivliyini itirmək üzrədir. Səlahiyyətləri məhdud, resursları azdır və onların fəaliyyətində paralelliklər mövcuddur".

Əliməmməd Nuriyev vurğulayıb ki, eyni zamanda bu istiqamətdə bələdiyyələrin fəaliyyətsizliyi də özünü göstərir:

"Yerli icra hakimiyyətləri ilə paralel fəaliyyət göstərən bələdiyyələrin bir çox funksiyaları təkrar olunur. Bu isə əlavə yük, xərclər və bürokratiya yaradır, qənaətcillik prinsipinə ziddir. Buna görə də bu sahədə ciddi islahatların aparılması zəruridir.

Mən düşünürəm ki, idarəetmənin regional səviyyəyə keçirilməsi vacibdir. Xüsusi nümayəndəlik institutu artıq bir sıra sahələrdə səmərəli fəaliyyət göstərdiyini sübut edib. Bu baxımdan hesab edirəm ki, yerli icra hakimiyyəti institutundan imtina etməyin vaxtı çatıb. Bununla yanaşı, bələdiyyələrin statusu dəyişdirilməli, onların funksional yükü artırılmalı və ümumilikdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində dərin islahatlar həyata keçirilməlidir.

Regional idarəetmə forması kimi xüsusi nümayəndəliklər bu rola daha çox uyğun gəlir. Hələlik bu institut bir siyasi struktur kimi ümumi səlahiyyətlərə malik deyil, daha çox əlaqələndirmə və iqtisadi layihələrin icrası funksiyasını yerinə yetirir. Amma bu institutların Konstitusiyada öz əksini tapması üçün dəyişikliklərə ehtiyac var".

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə belə islahatların həyata keçirilməsi üçün daha münbit zəmin yaranıb:

Bu, həm idarəetmənin səmərəliliyini artıracaq, həm də bürokratiyanı azaldacaq. Eyni zamanda, yerli strukturların - xüsusən bələdiyyələrin yerli əhali qarşısında məsuliyyətini artıracaq və dövlət xərclərinin azalmasına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq düşünürəm ki, dövlət idarəetməsinin optimallaşdırılması ilə bağlı müzakirələr davam etməlidir. Biz yerlərdə daha effektiv institutların yaradılmasına nail olmalıyıq.

Bu istiqamətdə iki əsas yol mümkündür. Birinci yol hibrid modelin tətbiqidir. Bu halda, strateji əhəmiyyətli zonalarda xüsusi nümayəndəliklər yaradılır, digər ərazilərdə isə mövcud icra hakimiyyəti strukturu fəaliyyətini davam etdirir. İkinci yol isə tam struktur dəyişikliyini nəzərdə tutur. Bu yanaşmada icra hakimiyyətləri ləğv edilir və onların funksiyalarının bir hissəsi bələdiyyələrə və ya regional əsasda fəaliyyət göstərən xüsusi nümayəndəliklərə ötürülür".

Hüquqşünas onu da diqqətə çatdırıb ki, ikinci model daha məqsədəuyğun görünür, lakin bu daha çox konstitusion dəyişiklikləri zəruri edəcək:

"Yekun olaraq qeyd etmək istərdim ki, icra hakimiyyəti hüquqi idarəetmə sisteminin praktik elementidir və Konstitusiya ilə təsbit olunub. Xüsusi nümayəndəliklər isə postmüharibə dövründə dövlətin qarşısında duran yeni vəzifələrə cavab olaraq yaradılmış çevik idarəetmə mexanizmidir. Hazırda bu iki model müəyyən mənada bir-birini tamamlayır. Lakin aralarında bir rəqabət də hiss olunur.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yaxın perspektivdə dövlət idarəetməsində daha ciddi struktur islahatları gözləniləndir.

Bildiyimiz ki, bu il Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilib. Buna görə də istisna etməzdim ki, növbəti aylarda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ehtimalı ola bilər.

Müzakirələrin nəticəsi olaraq isə hesab edirəm ki, bütün bu proseslər daha rasional, çevik və səmərəli bir regional idarəetmə modelinin formalaşmasına gətirib çıxaracaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri