Icma.az
close
up
RU
İcra başçısına verilən şiddətli töhmət icra hakimiyyətlərinin ləğvi gündəmdə

İcra başçısına verilən şiddətli töhmət icra hakimiyyətlərinin ləğvi gündəmdə

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Rayon rəhbərlərinin vəzifədən azad edilməsi, hətta həbsi yerli idarəetmədə vəziyyəti dəyişmir; bu strukturun demontajına çağırışlar var - hüquqşünas rəyi

Ötən həftə prezident Ağdaşın icra başçısına şiddətli töhmət verdi. Rayon rəhbəri də ölkə başçısının düzgün qərar verdiyini və bundan nəticə çıxaracağını açıqladı. Lakin bu qərar növbəti dəfə Azərbaycanda yerli icra hakimiyyəti idarəçiliyinin effektivlik məsələsini gündəmə gətirib. Tənqidçilərin fikrincə, icra başçılarının vəzifələrindən azad edilməsi, yerlərinin dəyişdirilməsi, töhmət alması, hətta həbs olunması da vəziyyəti dəyişmir. Ona görə də İH-lərin ləğvi təklif edilir. ReAl Partiyasının sədri Natiq Cəfərli də sosial media hesabında bu barədə paylaşım edib: “Töhmətlə, şiddətli töhmətlə, həbs etməklə, işdən çıxartmaqla olmur, düzəlmir də bu sahə - şəhər-rayon icra başçıları institutu ləğv edilməlidir. Bu qurum SSRİ-dən qalma mənasız, qeyri-effektiv, "birinci katib" adının dəyişdirilmiş formasıdır".

Onun fikrincə, şəhər-rayon seçkili mer institutu təsis edilməli, hesabatlı, şəffaf yerli özünüidarə institutları yaradılmalıdır.

Natiq Cəfərli

N.Cəfərliyə görə, başqa yol yoxdur, qalib xalq şəhər, rayon, qəsəbə və kəndlərdə özünü idarə edə bilər, buna inanmaq, bu sistemə keçmək zamanıdır: "Bu gün iqtisadiyyatda yaranmış durğunluğun, geriləmənin, aqrar sektordakı problemlərin, regionlardan Bakı və Abşerona axının davam etməsinin ən böyük səbəbi məhz köhnəlmiş mərkəzi və yerli idarəetmə sistemidir - Azərbaycanın qarşısında duran çağırışlara bu sistem artıq cavab verə, problemləri həll edə bilmir.

Prezident Əliyevin doğru qərarı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb, həmin iqtisadi rayonlar inzibati ərazi vahidinə çevrilməli, Prezidentin şəxsi nümayəndəlik institutu Prezident adına həmin 14 ərazi vahidində Dövləti təmsil etməlidir".

Bəs bu dəyişikliyə getməyə nə mane olur? Bunun üçün konstitusiya yenilənməlidir, yoxsa Prezidentin qərarı ilə İH-lər ləğv oluna bilər?

Ramil Süleymanov

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Bu da o deməkdir ki, icra hakimiyyətlərinin konstitusiyada adı çəkilir”.

Vəkilin sözlərinə görə, qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavələr və dəyişikliklərin edilməsi ilə mümkündür: “Konstitusiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan xalqı onun mənafeyi ilə bağlı olan istənilən məsələni referendum vasitəsilə həll edə bilər. Lakin həmin icra orqanlarının və vəzifəli şəxslərin təyini məsələsində xalqın referendum keçirmək təşəbbüsü qanunla nəzərdə tutulmur”.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi institutu fəaliyyətə başlayıb və bu, qanunvericiliklə qadağan edilmir: “Amma icra hakimiyyətləri ilə xüsusi nümayəndələrin statusu arasında fərq ondan ibarətdir ki, icra hakimiyyətlərinin statusu daha yüksəkdir və öndədir. Çünki onların statusu konstitusiyada əsasnamə əsasında müəyyən olunub”.

Hüquqşünasın fikrincə, bununla bağlı referendum vasitəsilə müvafiq dəyişikliklər aparıldıqdan sonra daha effektiv idarəetmə, hakimiyyət orqanı formasında daha ciddi və səmərəli idarəetməni müşahidə etmək mümkün olacaq. O hesab edir ki, bu dəyişikliklərdən sonra siyasi hakimiyyətin də islahatlara dair siyasi iradəsini nümayiş etdirdiyini görmək mümkün olacaq.

Qonşu ölkələrin təcrübəsinə nəzər yetirdikdə fərqli mənzərə ortaya çıxır. Misal üçün, Gürcüstanda icra hakimiyyəti institutu yoxdur. Yerli idarəetmə sistemi seçkili əsaslarla formalaşır. Türkiyədə də yerli icra hakimiyyəti başçısı kimi bir struktur yoxdur. Hər bir şəhər, rayon və bələdiyyənin rəhbəri xalq tərəfindən seçilən merlərdir. Yerli idarəetmədə əsas icra səlahiyyətləri seçkili merlərə və bələdiyyə məclisinə məxsusdur. Rusiyada isə icra hakimiyyətinin strukturu klassik sovet modelindən fərqli şəkildə formalaşıb. Bölgələrdə federal səviyyədə prezidentin təyin etdiyi nümayəndələr (məsələn, federal dairələr üzrə) fəaliyyət göstərir. Bu ölkələrin təcrübəsi göstərir ki, müasir dövlətdə yerli idarəetmənin effektivliyi üçün əsas mexanizm xalq tərəfindən seçilən, hesabatlı və şəffaf institutlardır. İcra hakimiyyəti kimi təyinatlı və mərkəzə bağlı strukturlar isə ya ümumiyyətlə yoxdur, ya da yalnız məhdud nəzarət funksiyası daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri