Icma.az
close
up
RU
İcraçı direktor Parisin ittihamlarına cavab verib: Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir

İcraçı direktor Parisin ittihamlarına cavab verib: Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov Fransanın ictimai televiziyasında yayımlanmış “Complément d’enquête” (Əlavə tədqiqat) sənədli filmi və onun əsasında dərc olunmuş “Xarici müdaxilə: Azərbaycan 2024-cü ilin may ayında Yeni Kaledoniyada baş verən iğtişaşların alovlanmasına səbəb oldumu?” məqaləsində səsləndirilən ittihamlara cavab verib.

APA-nın xəbərinə görə, Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupunun 15 aprel 2025-ci ildə Fransanın əsarəti altında olan ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan nümayəndələri ilə birgə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” adlı beynəlxalq konfransa cavab olaraq Fransanın ictimai televiziyasında aprelin 17-də Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qarşı növbəti qərəzli və jurnalistika etikasına uyğun gəlməyən veriliş yayımlanıb: “Əslində, verilişə cavab verməmək də olardı. Belə ki, BTQ-in yerinə Numea prokuroru Yves Dupas və Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) rəsmisi Mikael Forrest ittihamları cavablandırmışdı. Deyildiyi kimi, Fransa hökuməti telefonları dinləyir, bank hesablarını tam nəzarətdə saxlayır, hətta evlərə basqın edib yoxlamalar aparır. Əgər BTQ-nin müdaxiləsi olsaydı, əminliklə söyləyə bilərik ki, Fransa tərəfi bundan böyük şou yaratmış olardı. Heç bir faktın tapılmaması Fransa hökumətini bu cür riyakar verilişlər sifariş etməyə vadar edir.

Hollivud kinolarına bənzər “popkorn verilişinə” gəldikdə isə, BTQ onun beynəlxalq hüquq çərçivəsində apardığı fəaliyyətinə, habelə 2024-cü ilin may ayında Kanakidə baş vermiş hadisələrlə bağlı Kanak xalqının nümayəndələrinə qarşı səsləndirilmiş əsassız, qeyri-obyektiv və qərəzli ittihamları rədd edir.

Fransa hökumətinin sifarişi ilə ərsəyə gəlmiş bu veriliş “fake news” olmaqla yanaşı, Fransanın əsarət altında saxladığı xalqların tələblərini icra etməkdən boyun qaçırtmaq üçün növbəti “əsaslandırmasıdır”.

Kolonializm və onun müasir təzahürləri ilə mübarizə mərkəzinə çevrilmiş Azərbaycanın ərazisində fəaliyyət göstərən BTQ-yə sözügedən verilişi izləmək və cavab verməsini bloklamaq cəhdi Fransa hökumətinin iyrənc müstəmləkəçi simasının növbəti təzahürüdür.

Azərbaycana girişinə şərait yaradılan, habelə BTQ-nin təşkil etdiyi yan tədbiri çəkən fransalı jurnalistlər səsləndirdikləri ittihamlara cavab olaraq BTQ-nin mövqeyini sorğu etməyi özlərinə borc bilməyiblər. Halbuki obyektiv jurnalistika bunu tələb edir. Birtərəfli fikir yürütmək qərəzçiliyin sübutudur.

Fransa hökumətinə, eləcə də Fransa televiziyalarına məsləhət görürük ki, BTQ-nu araşdırmaq üçün xərclədikləri böyük pulları Kanak xalqının sosial rifahına xərcləsinlər. Verilişdəki görüntülərdən də aydın göründüyü kimi, Kanaklar müstəmləkəçiliyin təzahürü nəticəsində çox çətin şərtlər altında, iqtisadi cəhətdən ağır şəraitdə yaşayırlar.

BTQ-dən süni düşmən obrazı formalaşdıran, beynəlxalq və fransız ictimaiyyətini aldatmaqda davam edən və vaxtı ilə xarici işlər naziri Bernard Kuşnerin simasında “humanitar müdaxilə hüququnu” təşviq edən Fransa hökuməti riyakarcasına BTQ-ni Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir.

2020-ci ildə BMT Baş Assambleyası 75/123 nömrəli qətnaməsi ilə 2021-2030-cu illəri Kolonializmin ləğv edilməsinin 4-cü Onilliyi elan etmişdir. BTQ 4-cü Onilliyin son olacağına ümid edərək, beynəlxalq hüquq çərçivəsində ümumbəşəri dekolonizasiya prosesinə öz dəstəyini göstərməyə davam edəcək.

BTQ Fransa hökumətini kolonialimz siyasətindən əl çəkməyə, Kanaki, Mao’hi Nui, Mayot, Qvadelupa, Martinik, Saint-Martin, Fransız Qvianası, Reyunyon, Wallis və Futuna, Korsika xalqlarının dekolonizasiya hüququna hörmət etməyə çağırış edir, Fransa hökumətinə bu məsələdə BTQ-nin vasitəçilik rolunu təklif edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri