Icma.az
close
up
RU
İctimai fəal: Miqrasiya prosesində qadın və uşaqlar zorakılığa daha çox məruz qalırlar

İctimai fəal: Miqrasiya prosesində qadın və uşaqlar zorakılığa daha çox məruz qalırlar

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Bugünkü səssiz aksiyanı keçirməkdə məqsəd Avropada miqrantlara qarşı kobud rəftar və insani keyfiyyətlərə "yox" deməkdir.

"Report" xəbər verir ki, bunu Avropada miqrantlara qarşı təzyiqlərə görə keçirilən səssiz etiraz aksiyasında iştirak edən "Qadın və uşaqların innovativ maarifləndirməsinə dəstək" İctimai Birliyinin sədri Aynur Zülfüqarova jurnalistlərə açıqlamasında deyib.

O, miqrantlara qarşı bu cür kobud hərəkətlərin vətəndaş cəmiyyəti olaraq onları çox narahat etdiyini bildirib:

"Miqrasiya prosesində qadın və uşaqlar zorakılığa və qeyri-etik davranışlara daha çox məruz qalırlar. Bu da onların həyatında böyük travmalara səbəb olur. Miqrantların yerləşdiyi məkanlarda insanların tibbi yoxlanışları da zəif olur. Antisanitariya da bir çox yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır".

"İnkişafa və islahata dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev qeyd edib ki, miqrantlara münasibətdə hər zaman haqq səsi ucaldılmalıdır:

"Çünki onlara qarşı haqsızlıqlar çoxalıb. Onların hüquqları pozulmaqla yanaşı, övladları təhsilsiz qalır, hətta təhsil ocaqlarında hücumlara məruz qalırlar. Belə hallarla qarşılaşanda, hüquqlarının müdafiəsi üçün vəkil tapa bilmirlər, yerləşdikləri sığınacaqlar çox natəmizdir. Sərhəddən keçəndə onlara bilərəkdən süni problemlər yaradılır".

Gənc fəal Şəbnəm İbrahimli isə miqrasiya məsələsinin bütün dünyada qlobal problem olduğunu diqqətə çatdırıb:

"İqlim dəyişikliyi zamanı miqrantlar əsasən su qıtlığı, öz ərazilərini tərk etmək, təbii fəlakət və bu kimi digər problemlərlə qarşı-qarşıya qalırlar. Beynəlxalq tədbirdə diqqəti az da olsa, bu həssas məsələyə yönəltmək istədik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri