İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? AÇIQLAMA
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzi vətəndaşlar nə metrodan, nə də avtobusdan istifadə etmədiyi halda balanslarından pul çıxır. Bu hal metro və avtobuslarda NFC ödənişlərinin tətbiqindən sonra baş tutub.
Milli.Az xəbər verir ki, vətəndaşların sözlərinə görə, ödənişlər adətən gecə saatlarında tutulur. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu hal əksər insanların başına gəlib.
Bəs iddia nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC və AYNA-dan bildirildi ki, məsələnin onlarla əlaqəsi yoxdur.
BakıKart-dan isə qeyd edildi ki, səsləndirilən iddialar əsassızdır:
"Tətbiq edilən ödəniş sistemi həm birdəfəlik keçid, həm də gecikdirmə prinsiplərini əhatə edir. Birdəfəlik keçid funksiyası əsasında kart balansı müvəqqəti kifayət etmədiyi halda belə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər. Balans bərpa edildikdən sonra isə ödəniş yenidən tutulur".
"BakıKart"dan qeyd edildi ki, belə hallarla rastlaşan sərnişinlər qaynar xəttə müraciət edə bilərlər.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 05 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















