İctimai sektor üçün beynəlxalq standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarının təqdimatı olub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 aprel, AZƏRTAC
Maliyyə Nazirliyinin və Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının birgə təşkilatçılığı ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı ilə bağlı tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu qaydalar ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarındakı dəyişiklikləri, habelə aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələri üzrə həmin standartlarla müəyyən edilmiş tələbləri özündə əks etdirir.
Maliyyə Nazirliyinin əməkdaşları və Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvləri tədbirdə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na əsasən yeni hesablar planına uyğun mühasibat uçotunun aparılmasında müasir yanaşmalar və maliyyə hesabatlarının tərtibi ilə bağlı təqdimatlarla çıxışlar ediblər.
Tədbirdə 127 büdcə təşkilatının mühasibat uçotu sahəsində çalışan 153 nəfər əməkdaşı iştirak edib.
Qeyd edək ki, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 dekabr 2024-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilib.
Baxış sayı:135
Bu xəbər 25 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















