Icma.az
close
up
RU
İctimai Şura sədrinin növbəti hesabatı MÜSAHİBƏ

İctimai Şura sədrinin növbəti hesabatı MÜSAHİBƏ

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3 ay öncə Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadədən müsahibə almışdıq. Yenidən müsahibimiz Şuranın sədri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir.
-Çingiz müəllim, bir müddət öncə Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yaranması, formalaşması, tərkib hissəsi və qarşıda duran vəzifələr barədə sizdən müsahibə almışdıq. Yenidən müsahibə götürməkdə məqsədimiz, fəaliyyət göstərdiyiniz 5 ay ərzində İctimai Şuranın gördüyü işlərlə bağlı fikirlərinizi öyrənməkdir. Siz əvvəlki müsahibənizdə qeyd etmişdiniz ki, Ədliyyə Nazirliyi yanında İctimai Şura digər qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olacaq.
-“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq, Ədliyyə Nazirliyində keçirilmiş seçkilər nəticəsində 7 nəfərdən ibarət İctimai Şura formalaşmışdır. Bu ilin aprel ayının 28-də İctimai Şura öz rəhbər heyətini seçərək fəaliyyətə başlamışdır. İlk 10–12 gün müddətində biz ancaq tanışlıq, görə biləcəyimiz işlər, planlarımız barədə müzakirələr apardıq. May ayının 12-dən isə artıq fəaliyyətə başladıq. Bu günə kimi İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin müvafiq strukturlarında 72 tədbirdə iştirak ediblər. Bu tədbirlər sırasında İctimai Şuranın Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında keçirdiyi monitorinqləri, Nazirlikdə formalaşdırılmış müxtəlif komissiyaların iclaslarında və Ədliyyə Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirakı, həmçinin Nazirliyin rəhbər şəxsləri və müxtəlif idarələrin rəhbər heyətləri ilə görüşlərini misal çəkə bilərik. Əgər 5 ay ərzində İctimai Şura ümumilikdə 72 tədbirdə iştirak edə bilibsə, deməli, biz artıq başqa qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olduğumuzu sübut etmişik. Fəaliyyətimizi gələcəkdə də belə davam etdirəcəyik.
-Gördüyünüz işlər barədə qısaca məlumat verə bilərsinizmi?
-İctimai Şura üzvləri bəzən həftədə 4–5 tədbirdə iştirak edirlər. Əvvəla, qeyd etmək istəyirəm ki, İctimai Şura Ədliyyə Nazirliyinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 23 monitorinq keçirib. Buraya, həmçinin Ədliyyə Nazirliyinin regionlarda yerləşən Şəki Penitensiar müəssisəsi, Gəncə istintaq təcridxanası, Lənkəran Penitensiar müəssisəsi və Salyanda 5 saylı cəzaçəkmə müəssisəsində keçirilən monitorinqlər də daxildir. Həmçinin hazırda İctimai Şuranın Nazirliyin fəaliyyət istiqamətləri üzrə baş idarələrlə görüşləri keçirilir. Biz Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsində və Probasiya Xidmətində olmuşuq. Hər iki baş idarənin gördüyü işlər və həyata keçirdiyi layihələrlə yaxından tanış olduq. Görüşlərdə İctimai Şura üzvlərini maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi apardıq. Bu görüşlərin yaxın zamanda Nazirliyin digər baş idarələri ilə də keçirilməsi nəzərdə tutulur.
-İctimai Şura üzvləri Nazirliyin fəaliyyətinə hansı formada cəlb olunurlar?
-Qeyd edim ki, Ədliyyə nazirinin müvafiq əmri ilə Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad etmə və Nazirliyin Penitensiar Xidmətində işə qəbul komissiyaları yaradılıb. İctimai Şura üzvləri bu komissiyalarda təmsil olunurlar. Qeyd edim ki, bizim bu cür aktiv və geniş fəaliyyətimiz Nazirlik tərəfindən Şuraya yaradılmış şəraitlə əlaqədardır. Fəaliyyətimiz tam sərbəst şəkildə həyata keçirilir. Bildirmək istəyirəm ki, adıçəkilən komissiyaların tərkibi Ədliyyə naziri Fərid Əhmədov tərəfindən formalaşdırılıb. İclaslar şəffaf və açıq səsvermə qaydasında keçirilir. Hər iki komissiyada 5 ay ərzində 45 iclasda iştirak etmişik. Həmçinin müxtəlif tarixlərdə Nazirliyin keçirdiyi digər tədbirlərdə də təmsil olunmuşuq.
-Qeyd etdiniz ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında mütəmadi monitorinqlər keçirirsiniz. Monitorinqlər zamanı hansı məsələlərə baxılır?
-İlk növbədə məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin yataq, qidalanma və saxlanma şəraiti, müalicə alırlarsa, tibbi xidmətin vəziyyəti, ibadət imkanları, uzun və qısamüddətli görüşlər, istirahət vaxtının səmərəli keçirilməsi üçün yaradılan şərait, kitabxananın vəziyyəti, müəssisə tərəfindən yaradılmış sanitar və gigiyenik vəziyyət ilə tanış oluruq. Məhkumlarla öz xahişləri ilə təkbətək və konfidensial görüşlər keçiririk. Həm də məhkumlarla söhbət zamanı onların suallarını cavablandırırıq.
-Bəzi məhkumlar hesab edirlər ki, əgər hər hansı xəstəlik keçirirlərsə, cəzadan azad edilə bilərlər. Bununla bağlı proses necə tənzimlənir?
-Əvvəla, cəza almış şəxsin cəzadan azad edilməsi məsələsi qanunvericiliklə tənzimlənir. Xəstəliyə görə cəzadan azad etmə ilə bağlı belə hesab edirəm ki, cəmiyyətdə birmənalı yanaşma var – məhkum xəstədirsə, azad oluna bilər. Unutmayaq ki, qanunvericilik deyir ki, elə kateqoriyalı xəstə məhkumlar var ki, onlar cəzasının çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yerləri üzrə məhkəmələrin qərarı ilə azad edilə bilərlər. Amma burada başqa bir məqam da var. Xəstəliyin dərəcəsi müəyyən olunmalıdır ki, görək, qanunvericilik bu dərəcədə xəstəliyi olanların azad olunmasına imkan verirmi? Tutaq ki, məhkum onkoloji xəstədir – 1-ci, 2-ci, 3-cü dərəcəli xəstədir, onun müalicəsi cəzaçəkmə müəssisəsində aparılır. Amma 4-cü dərəcəli onkoloji xəstə varsa, Milli Onkologiya Mərkəzinin müvafiq komissiyası tərəfindən xəstəliyin dərəcəsinin təsdiq edilməsi barədə rəy Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim edilir. Təqdim edilmiş rəy və toplanmış sənədlərə Ədliyyə Nazirliyinin Xüsusi Həkim-Ekspert Komissiyasında baxılır və yekun rəy məhkəməyə təqdim edilir. Yalnız məhkəmə qanuna müvafiq olaraq həmin komissiyanın rəyini müsbət dəyərləndirib, şəxsi cəza çəkməkdən azad edir. Yəni, bu başa düşülməlidir ki, Ədliyyə Nazirliyi hər hansı məhkumu özü cəzadan azad edə bilməz. Bunun üçün qanunvericiliyin müəyyən tələbləri, prosedurlar, digər qurumların rəyləri, xəstəliyin dərəcəsi, məhkəmə prosesi var və ondan sonra məhkum cəzadan azad oluna bilər. Hər bir məhkum cəzaçəkmə müəssisəsinə məhkəmə hökmü ilə gəldiyi üçün onun azad olunması da yeni bir məhkəmə qərarı ilə mümkündür.
-İctimai Şura keçirəcəyi tədbirləri öncədən planlaşdırırmı?
-Bəli, İctimai Şura üzvləri ilə birlikdə biz iş planı tərtib edirik və fəaliyyətimizi həmin iş planına uyğun həyata keçiririk. Şuranın bütün üzvləri bu tədbirlərdə böyük həvəslə, aktiv iştirak edirlər. Hesab edirəm ki, bu müsahibələri verməklə biz Ədliyyə Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi barədə Nazirlik yanında İctimai Şura olaraq həm də cəmiyyətə hesabat vermiş oluruq.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri