Icma.az
close
up
RU
İdarə Heyətinin sədri: Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları açılacaq

İdarə Heyətinin sədri: Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları açılacaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 iyun, AZƏRTAC

DOST Agentliyi fəaliyyətə başladığı gündən ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edib. Ötən dövr ərzində DOST mərkəzlərində 3,6 milyona yaxın vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faizdir. Əsas hədəf sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açmaq, hər kəsə dost məramı ilə yanaşmaq, şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir.

Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O bildirib ki, DOST konsepsiyası 13 istiqamət üzrə 161 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasına imkan yaradır: “Fəaliyyətə başladığı gündən indiyədək DOST mərkəzlərində sosial müdafiə istiqaməti üzrə 1,8 milyondan çox (61,5 faiz), məşğulluq 720 minə yaxın (20,0 faiz), əlillik 280 mindən çox (7,8 faiz), əmək münasibətləri 38 minə yaxın (1,1 faiz), VƏM üzrə 93 mindən çox (0.03 faiz), arayışların verilməsi 23 mindən çox (0,6 faiz), elektron və yardımçı funksional xidmətlər üzrə isə 600 mindən çox (16,7 faiz) vətəndaş müraciəti qeydə alınıb. Mərkəzlərdə vətəndaşların növbədə orta gözləmə müddəti 3 dəqiqə 12 saniyə təşkil edir. Eyni zamanda, DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti isə 7 dəqiqə 21 saniyədir”.

Xidmətin əhatə daisəsi barədə danışan Agentliyin sədri deyib: “İndi ölkə üzrə 5-i Bakıda, 1-i Abşeronda, 1-i Bərdədə olmaqla, 7 DOST mərkəzi əhaliyə xidmət edir. Həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.

Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş bölgələrdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı işlənib hazırlanıb. Həmin proqrama uyğun olaraq indiyədək Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyətə başlayıb. Proqram əsasında Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları, “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulub. İşğaldan azad edilmiş bölgələrdə DOST konsepsiyasının tətbiqi ilə bu ərazilərdə yaşayan və işləyən vətəndaşlarımız əmək, məşğulluq, sosial müdafiə sahəsində 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalanır. Bundan başqa Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında fəaliyyət göstərən əməkdaşların, həmçinin könüllülərin həmin bölgədə yaşayan sakinlərdən ibarət olması təmin edilib”.

Müsahibimiz DOST TV-nin fəaliyyəti barədə də bəhs edib: “Ötən ilin aprel ayından fəaliyyət göstərən DOST TV-nin məqsədi əmək, məşğulluq, sosial müdafiə, sosial təminat və digər bu kimi sahələrdə mövcud vəziyyət, imkanlar və yeniliklər haqqında operativ və dəqiq məlumat verməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışır. Onun vasitəsilə vətəndaşların suallarına cavablar verilir, onların ehtiyac və problemləri daha dərindən öyrənilir. DOST TV həmçinin, ictimaiyyəti maarifləndirərək sosial xidmətlərə əlçatanlığı artırır və təşkilatla vətəndaşlar arasında daha şəffaf ünsiyyət qurulmasına imkan yaradır. Rəqəmsal dövrün çağırışlarına cavab olaraq yaradılan həmin televiziya kanalı sosial rifahın yüksəldilməsinə, vətəndaşların hüquqlarının və imkanlarının daha geniş şəkildə tanıdılmasına xidmət edir”.

“Hazırda “DOST” xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də, ölkənin digər rayonlarında “DOST” mərkəz və filial şəbəkəsinin qurulması prosesi davam etdirilir. “DOST” xidmətlərinin optimallaşdırılması və inkişaf etdirilməsi, mövcud xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlərin əhatə edilməsi, sosial əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi, habelə “DOST” konsepsiyasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətin davam etdirilməsi kimi məsələlər Agentliyin strateji prioritetlərini təşkil edəcək”, - deyə DOST Agentliyinin İdarə Hyətinin sədri bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri