Icma.az
close
up
RU
İddialar doğru çıxsa, CHP izah verə bilməyəcək İbrahim Özyavuz

İddialar doğru çıxsa, CHP izah verə bilməyəcək İbrahim Özyavuz

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Türkiyənin daxili siyasi gündəmini zəbt edən ən mühüm məsələlərdən biri, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna qarşı başlanan araşdırma və istintaq prosesidir. Onun barəsində həbs qərarının verilməsi və nəticə etibarilə ortaya çıxan məsələlər ölkədə böyük rezonans doğurub. Bu vəziyyət həm də siyasi partiyalar, xüsusən də CHP üçün çətin bir dönəmin başladığını göstərir. 


Baş verən hadisələrlə bağlı Türkiyə millət vəkili İbrahim Özyavuz Sherg.az-a müsahibə verib. 

Müsahibədə baş verən hadisələrə dair fikirlərini bölüşən mütəxəssis, məhkəmə qərarlarının önəmini vurğulayaraq, CHP-nin bu vəziyyətdə necə mövqe tutacağını və siyasi gərginliklərin Türkiyənin müasir siyasi mənzərəsinə necə təsir göstərə biləcəyi ilə bağlı sualları cavablayıb.


-Əkrəm İmamoğlu barəsində həbs qərarı verilməsi və istintaqın başlaması nə ilə nəticələnə bilər? 

-Türkiyə hüquqi dövlətdir. Həbs qərarının səbəbləri əhəmiyyətlidir. Əgər bir şəxs terror təşkilatı ilə əlaqəsi olduğu üçün həbs edilirsə, onun yerinə müvəkkil təyin edilir. Lakin vəzifəsində səhlənkarlıq, korrupsiya, xalqa zərər vurmaq kimi səbəblərdən həbs olunarsa, İstanbul Bələdiyyə Məclisindən bir üzüv seçilərək vəzifəyə gətirilir. Bu da İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin öz daxilində edəcəyi seçimlə olur.


-Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçmiş millət vəkilləri ilə görüşdüyü iftar proqramında “Bizim müxalifətin şoularına vaxtımız yoxdur”,-dedi. Bu mövzu haqqında nə düşünürsünüz? 

-Təbii ki, bu, düzgün ifadədir, çünki Türkiyə Cümhuriyyəti hər bir qitədə mühüm strateji dəyərə malikdir. Dünyanın bir çox ölkəsi istər öz daxilində, istərsə də qonşularla və ya başqa bir dövlətlə mübarizə aparırsa, təkcə türklərin deyil, bütün dünya müsəlmanlarının ümidi kimi görünən bir dövlətin və prezidentin boş şeylərlə, eyni zamanda müxalifətin tənqidi fikirləri ilə də məşğul olması vaxt itkisidir. Yaxşı və ya pis görülən hər şeyə qarşı çıxmaq heç kimə fayda vermir. 


-Bəziləri iddia edir ki, hakim partiya sağa işarə edib, soldan zərbə vurur. R.T.Ərdoğan da bələdiyyə sədri olanda həbs edilib. Əkrəm İmamoğlunun həbsi isə onun tərəfdarlarının sayını artırır. Çünki biz bilirik ki, Türkiyə xalqı hər zaman məzlumun yanında durur.   Bu iddia haqqında nə düşünürsünüz? 

-Tayyib Ərdoğan vəzifəsinə görə və ya terror təşkilatını qurmaq, dəstəkləmək iddiasına görə cəzalandırılmayıb. Fərdi azadlıqlar haqqında bir şeirə görə məhkum olunub və onun yerinə məclisdən üzv seçilib. Sonra siyasətə qoyulan qadağa götürüldü və R.T.Ərdoğan baş nazir oldu.  Amma indi vəziyyət fərqlidir, İmamoğlu terrorla əlaqədə, korrupsiya və qanun pozuntularında ittiham olunur. Türkiyədə məhkəmə müstəqildir və heç kim toxunulmaz deyil. 


-Sizcə bu proseslərə kənardan müdaxilə etmək istəyən güclər varmı?

-Həmişə bu yola əl atan xarici ölkələr olub. Amma bu dəfə vəziyyət fərqlidir. İttihamlar çox ciddidir.


-Bu gərginliklərin fonunda CHP məhkəmə qərarlarına necə yanaşacaq?

-Gərginlik yaratmaq həll yolu deyil. Məhkəmə qərarları önəmlidir. İddialar doğru çıxarsa, CHP bunu heç kimə izah edə bilməz. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri