Icma.az
close
up
RU
İDEOLOQA ÇIXARILAN HÖKM

İDEOLOQA ÇIXARILAN HÖKM

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Yunus, 

Xəzər Beynəlxalq Universitetinin politologiya professoru

Elə ölümlər var ki, ayırır, elələri də var ki, ifşa edir.

91 yaşında Zori Balayan öldü. Elə bir adam öldü ki, onun sözləri və ideyaları özündən sonra miras kimi deyil, bir daha belə şeylərin təkrarlanmaması üçün bir xəbərdarlıq kimi yaşayacaq.

Zori Balayan kimi alçaqların sayəsində Azərbaycan və Ermənistan xalqlarının yaşadığı faciənin miqyasını anlamaq üçün bəzən bəşəriyyətin artıq yaşamış olduğu təcrübəyə müraciət etmək lazımdır.

XX əsrdə dünya Yozef Göbbels siması ilə qarşılaşdı - o adamla ki, əlində silah tutmamışdı, lakin silahın kütləvi tətbiqini mümkün etmişdi. Onun gücü başqa şeydə idi: o, nifrəti normaya çevirir, "düşmənin" şəfqətə layiq olmadığını təlqin edir və cəmiyyəti addım-addım ona qarşı zorakılığın yolverilən olduğu düşüncəsinə gətirirdi.

Yadda saxlamaq vacibdir: fəlakətlər atəş səsləri ilə deyil, mətnlə, nitqlə, ideya ilə başlayır.

Onilliklər keçdi və elə gəlirdi ki, nasist Almaniyasının dərsi mənimsənilib. Lakin tarix təkrar olundu, artıq başqa məkanda, başqa adlarla, amma eyni məntiqlə. Qarabağ münaqişəsi təkcə siyasət və sistemlərin dağılması səbəbindən faciəyə çevrilmədi. O, həm də ona görə faciəyə çevrildi ki, yenidən ayrılıq dili ilə danışmağa başlayanlar tapıldı. O kəslər ki, qonşunun sənin düşmənin olduğuna, onunla birgəyaşayışın qeyri-mümkünlüyünə və münaqişənin qaçılmazlığına inandırmağa başladılar. Və bu koordinat sistemində Zori Balayan ən əsas fiqurlardan birinə çevrildi. Onun mətnləri, ritorikası, ideyaları çoxları üçün sadəcə rəy deyil, bəraət oldu. Ədavətə bəraət. Qəddarlığa bəraət. Müharibəyə bəraət.

Mexanizm onilliklər əvvəl olduğu kimi idi: əvvəlcə söz gəldi, sonra inandırma prosesi işə düşdü, ardınca total nifrət və finalda artıq qan töküldü.

Göbbels və Zori Balayan arasındakı ən qorxulu paralellik də məhz budur. Miqyasda və ya tarixi kontekstdə deyil, təsirin mahiyyətində. O zaman ki, ideologiya insanı digərində özü kimi bir insan görmək qabiliyyətindən məhrum edir.

İki Qarabağ müharibəsi təkcə siyasi qərarların nəticəsi deyil. Bu, insanların şüuruna uzun müddət və inadla yeridilən ideyaların nəticəsidir. Və nəticə olaraq - on minlərlə həlak olanlar, minlərlə itkin düşənlər. Milyonlarla qaçqın. Göbbels və Zori Balayan kimi insan cildində olan alçaqların sözlərinin qiyməti bax budur.

Mübahisə doğurmayan məqamlar var: nifrətin qızışdırılması həmişə faciəyə aparır və bu işlə məşğul olanlar, heç vaxt döyüş meydanında olmasalar belə, məsuliyyət daşıyırlar.

Yozef Göbbels vaxtilə dünyaya sözün insanlığı necə məhv edə biləcəyini göstərdi.

Zori Balayan və Azərbaycanla Ermənistan arasındakı iki Qarabağ müharibəsinin tarixi göstərdi ki, nasist Almaniyasının bu dərsi unudula və yenidən təkrar oluna bilər.

Zori Balayan öz ideyalarının nəticələrinin hamı üçün aşkar olduğu ana qədər yaşadı. Bu, nadir hallardan biridir ki, ideoloq öz sayıqlama ideyalarının yekununu sağlığında görür və bu yekun onun üçün əsl hökmə çevrilir. O, Azərbaycan Prezidentinin Xankəndidə və Şuşada bayraq ucaltmasını öz gözləri ilə gördü, qaliblərin paradını gördü və Bakıda separatçılar üzərindəki "Nürnberq prosesini" gördü, yalnız bundan sonra öldü.

Və bu nəticə təkcə Azərbaycanın Ermənistan üzərindəki qələbəsi deyil, həm də məhv edilmiş talelərin yerindəki xarabalıqlar, ağrı və sükutdur. Bu mətn tarixi yenidən yazmaq cəhdi deyil, əksinə, həm Bakıda, həm də İrəvanda anlaşılan sadə bir şeyi xatırlatmaq cəhdidir: sözlə əkilən nifrət sərhəd tanımır, millət seçmir, o, hamını öldürür.

Heç bir şüar həlak olanları diriltmədi. Heç bir kitab qaçqınları evlərinə qaytarmadı. Heç bir "ideya" məhv edilmiş talelərə bəraət qazandırmadı. Geriyə yalnız bir bədəl qaldı və o, dəhşətli oldu.

Bu mətn bir insanın ölümü haqqında deyil. Bu, dirilərə bir xatırlatmadır: nifrəti qızışdırmaq asandır, ona bəraət qazandırmaq daha da asandır, lakin bunun bədəlini müəlliflər deyil, xalqlar ödəyəcək. Ona görə də burada hökm birdir: silaha çevrilmiş söz, atılan atəş qədər cinayətdir.

Və gec-tez ona görə tarix məhkəməsi qarşısında cavab verməli olacaqsan. Şərqdə deyildiyi kimi: "Yel əsən, qasırğa biçər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri